Psixoloji məsləhətlər verən 11 yaşlı uşaq

Psixoloji məsləhətlər verən 11 yaşlı uşaq
1 fevral 2017
# 09:00

Nyu-Yorkda, metro dayanacağındakı bir uşaq hamının diqqətini çəkib. Üzərində “duyğusal tövsiyə” yazılan kardonun arxasında gülümsəyən bu uşaq böyüklərə psixoloji məsləhətlər verirmiş...

Ciro Ortiz adlı 6-cı sinif şagirdinin metro çıxışında yaşından böyük adamlara psixoloji məsləhətlər verməsi maraqla qarşılanıb. Beş dəqiqəlik seansa 2 dollar verərək uşağın psixoloji məsləhətlərini dinləyənlər çox məmnun qalıblar.

Ortizin yanına gələnlərdən biri həyat yoldaşının vegan olmasından şikayətlənirmiş. Kişi bu səbəbdən özünü bədbəxt hesab edirmiş. Uşaq ona belə məsləhət verib:

- Sən ət yeyəndə yoldaşın əsəbiləşmir. Qadın da hər kəs kimi istədiyini yeməkdə azaddır.

Məktəbə gedib-gələrkən pulsuzluqdan sıxılan Ortiz cib xərcliyini çıxarmaq üçün limonad satmaq əvəzinə psixoloji məsləhətlər verməyin daha yaxşı fikir olduğunu düşünüb.

Anası Jasmine yerli qəzetlərin birində oğlu haqqında bunları söyləyib: “Ortiz çox həssas uşaqdı. İşə başladığı ilk gün çox çətinlik çəkdi. Gərginliyi vardı, özündən əmin deyildi. Üstündən bir neçə gün keçəndən sonra möhtəşəm insanlarla tanış olduğunu və çoxlu dost qazandığını dedi”.

Ortizin atası oğlu ilə fəxr edir: “Oğlum həmişə olduğu yaşdan böyük görünüb”.

Ortizin işləri yaxşı gedir, gündə 50 dollara yaxın qazanır. Ancaq 6-cı sinif şagirdinin psixiterapevt olmaq kimi bir xəyalı yoxdur. Ən böyük arzusu video oyunları yaratmaqdır.

Ortiz məktəbdən zəhləsi getdiyini söyləyir. Ancaq təbiət elmləri və ingilis dili dərslərində ən yaxşı şagirdlərdən biri hesab olunur.

Psixoloji məsləhətlər verən 11 yaşlı Ortiz hər kəsə qarşı mehriban davranmağı və xəyallarının arxasınca rahatlıqla gedə bilməyi ata-anasından öyrəndiyini deyir.

Ortizin psixoloji məsləhətləri hər kəsi məmnun edir.

“Bir nəfər Ortizin dediklərini bir vaxtlar özünün də hiss etdiyini demişdi”. – Bu sözləri yerli qəzetlərin birində Ortizin atası deyib.

Ortizin fikrincə böyüklərin bircə problemi var: dəyişməyi qəbul edə bilmirlər: “Böyüklər keçmişdə hiss etdiklərini gec başa düşürlər. Hər şeyin əvvəllər daha yaxşı olduğunu zənn edirlər”.

Bu məsələ haqqında Ortizin bir tövsiyəsi var: “Dəyişməyi qəbul etməliyik. Bu həmişə olacaq. Həyat hər gün dəyişir”./bbc.com/

# 945 dəfə oxunub

Oxşar xəbərlər

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

12:00 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
# # #