Şerlok Holms haqqında romanın əlyazması hərraca çıxarılacaq

Şerlok Holms haqqında romanın əlyazması hərraca çıxarılacaq
5 aprel 2024
# 17:30

“Sotheby's” hərracında məşhur britaniyalı yazıçı Artur Konan Doylun qiymətli məktubları və “Dördlərin işarəsi” romanının yeganə əlyazma nüsxəsi satışa çıxarılacaq.

Kulis.az xəbər verir ki, “Sotheby's” auksionunun saytına istinadla xəbər verir ki, əlyazmanın təxmini qiyməti 800 000 – 1 200 000 dollardır.

“Dördlərin işarəsi” Artur Konan Doylun Şerlok Holms haqqında qələmə aldığı ikinci romandır. “Lippincott's Magazine” jurnalı bu əsəri 1890-cı ildə dərc edib və həmin vaxtdan Şerlok Holms və doktor Vatsonun macəraları Atlantikanın hər iki tərəfindən olan oxucular üçün xeyli populyar olub.

Əlyazma iki il əvvəl vəfat etmiş Çikaqodan olan kolleksiyaçı doktor Rodni Svantkonun zəngin kolleksiyasının yalnız bir hissəsini təşkil edir.

Kolleksiyanın hərraca çıxarılan bir çox diqqətçəkən eksponatları arasında Edqar Allan Ponun Marin Self tərəfindən təqdim edilmiş ilk kitabı - “Tamerlan və digər şeirlər”in nüsxəsi (400.000 -600.000 ABŞ dolları), həmçinin Ponun üç avtoqraflı poeziya əlyazması, o cümlədən “Annie üçün” əsərinin ilk səkkiz misrası (400,000 - 600,000 dollar); Sidni Pacet tərəfindən mürəkkəblə çəkilmiş rəsmin orijinalı, “Son Problem” hekayəsi üçün “Şerlok Holmsun ölümü” illüstrasiyaları (250.000 - 350.000 dollar); üzqabığında Fitscerald tərəfindən “Scott and Zelda” imzası ilə gəlininə bağışlanan “The Great Gatsby”nin ilk nəşrinin gözəl təqdimat nüsxəsi (180.000-250.000 dollar); Nabokovun müvafiq olaraq Qrem Qrin və Vera Nabokovaya öz imzası ilə göndərdiyi və hər birində kəpənək təsviri olan “Lolita”nın ilk Amerika nəşrinin iki nüsxəsi də var.

Qeyd edək ki, hərrac iyunun 26-da Nyu-Yorkda canlı auksion formatında keçiriləcək və satışlardan 4-6 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər