Ərindən yazıb məşhur olan İnstaqram fenomeni ilə MÜSAHİBƏ

Ərindən yazıb məşhur olan İnstaqram fenomeni ilə <span style="color:red;">MÜSAHİBƏ
19 yanvar 2017
# 21:00

Sosial şəbəkələr insanlara geniş imkanlar verir. Hər kəs orda öz bacarığını göstərə bilər. Türkiyədə yaşayan Ayşə Gizem Öksüz də İnstaqramda “Sus bə qadın” adlı profili ilə məşhurdur. O, gündəlik tutur, sonra da gündəliyin şəkillərini səhifəsində paylaşır. İzləyicilər də onun yazdıqlarını oxuyurlar. Ayşə xanımın gündəlikləri, yazdıqları o qədər maraq yaradıb ki, nəşriyyatlardan biri onun gündəliklərini kitablaşdırmaq qərarına gəlib.

- Özünüz haqqında məlumat verərdiz.

- Adım Ayşə Gizem Öksüz. 29 yaşım var. Özəl hava yollarında stüardessa işləyirəm. Yeri gəlmişkən, Bakıya da dəfələrlə gəlmişəm. Çox xoşuma gəlib.

- Bəs gündəlik tutmaq istəyi hardan yarandı?

- Çox tənha idim. Yoldaşımla boşanmaq ərəfəsində idik. Həyatımdakı hər kəsdən küsmüşdüm. Dəli olmamaq üçün yazmağa başladım. Məni duyan bir adama ehtiyacım vardı. İnstaqramda “Sus bə qadın” adında bir səhifə açdım. Çünki yoldaşım məni heç vaxt dinləmirdi. Həmişə “Sus bə qadın” deyirdi. Halbuki dinləsəydi bir-birimizi başa düşə bilərdik. Çünki onsuz da qadınlarla kişilər eyni dili danışmırlar. Əlbəttə “sus” deyəndə sussaydım bəlkə də anlaşardıq. Amma susan qadın varmı? “Məni dinlə” deməkdən usanmışdım.

- Aha, sonra.

- Sadəcə o oxusun, dərdlərimi anlasın istəyirdim. Səhifənin adını ona söylədim. Deyirdim oxumaz.

- Deməli səhifəni yoldaşınıza görə açdınız?

- Bəli. O, oxusun deyə yazmağa başladım. Oxuyub mübtəla oldu. İnana bilmirdim. Belə-belə oxucularım artdı. Bu dəfə də onların yorumlarına hirslənməyə başladı. Onun mənə etdiklərinə oxucular mənim qədər səssiz qala bilmirdilər.

- Aranızda keçən hər şeyi yazırdız?

- Bəli. Amma intim məsələləri qabartmırdım. Özümdən dil uydurmuşdum: Fan fini fin fon. Bələ yazanda o gecə baş verənlərə işarə edirdim.

- Gündəliyi əvvəl kağıza yazıb sonra İnstaqramda paylaşırsız, eləmi?

- Bəli.

- Adətən gündəlik üçün bloq səhifələrindən istifadə edirlər, siz isə İnstaqramı seçdiniz?

- Kompüterimin klaviaturası xarab olmuşdu deyə əllə yazmağa məcbur idim, həm də klaviaturada yaza bilmirəm. Səmimi gəlmir. İlham vermir. Əlimdə qələm olmayanda konsantrə ola bilmirəm. Mənə görə əllə yazmağın dadı başqadır. Qələmlə o qədər yazdım ki, orta barmağım qabar bağladı. Mən yazdıqca yoldaşımla maraqlanırdı. Gündəliyi ona vermirdim. “İnstaqramdan oxu” deyirdim. Gündəliyimə yazdığımı çəkib qoyurdum səhifəyə. O da dəhşətə gəlmişdi. “Yazdıqlarını internetdə paylaşacaqsan?”, “Heç tanımadığın adamlarla bizim dedi-qodumuzu edəcəksən?” deyirdi.

- Əvvəllər yazı təcrübəniz vardı?

- Universitetdə ədəbiyyat fakültəsində oxumuşam. Uşaq vaxtı şeirlər yazırdım.

- Yazdıqlarınızın süjeti ,qurğusu varmı?

- O deyirlər e, “həyatımı yazsam roman olar”, həqiqətən həyatımı yazdım roman oldu. Süjetə, qurğuya gərək qalmadı. Mənim hekayəmdəki adı keçən bütün insan və hadisələr xəyal qırıqlığının məhsuludur. Yazmağa başlayanda Qurana əl basar kimi and içdim ki, heç nəyi dəyişdirməyəcəm.

- Adətən gündəlikdə səmimi olmalısan, baş verənləri olduğu kimi yazmalısan.

- Mən də elə elədim. Sadəcə qəhrəmanlara ləqəb qoydum. Özümdən və həyat yoldaşımdan yazırdım, qəhrəmanların adını Romeo və Cülyetta qoymuşdum. Qəribədir. Hər kəsdən intiqam almaq üçün çıxdığım bu yolda hər kəslə barışdım. 2004-2014-cü illərdən bəhs etdim. Həyatımın on ilini yazdım, tam 22 dəftər, 4000 səhifə elədi. Mənə görə bu modern “Romeo və Cülyetta” hekayəsi olmalı idi.

- Yazdıqlarınıza necə şərhlər gəlirdi?

- Kişilər yazırdılar ki, kaş bizi də belə sevəydilər. Hətta bəziləri yazırdılar ki, onu burax bizi sev. Yoldaşım da ən çox onlara hirslənirdi.

- İndi münasibətiniz necədi?

- O, mənim gündəliyimi oxuduqca çevrilib başqa bir insan oldu. Yazdıqlarım ailəmi xilas etdi. Yoldaşımla - əsərdə Romeo - ilə 19 yanvar günü tanış olmuşduq. Yeri gəlmişkən gündəliyi də bu tarixdə bitirəcəm. Son cümlə də belə olacaq: “Bir ömür boyu xoşbəxt yaşadılar.”

- İnstaqramda izləyiciləriniz nə qədərdir?

- 3500 izləyicim var. Bəlkə də bloq səhifəm olsaydı daha çox adama çıxa bilərdim. Bir də görürsən küçədə filan görüb tanıyırlar: Siz Cülyetta, ya “Sus bə qadın” deyilsiz?

- Dediniz ki, gündəlik artıq bitir. Bu yazdıqlarınız çap etmək fikriniz var?

- Ötən il may ayında “Doğan yayınevi”indən təklif almışam. Apreldə kitabım çıxacaq. Adı da belə olacaq: “Sus bə qadın”. Seriya kimi üç kitabda çıxacaq. İlk tirajı 2000 olacaq. Amma nəşriyyatda belə hesab edirlər ki, ümumilikdə 100 min ədəd satılacaq.

- Pucca da sosial şəbəkədə məşhurlaşdı, sonra kitabı çıxdı...

- Bilmirəm ki, amma ümid edirəm zövqlə oxunan bir yazar olacam. Çünki mən də yazanda zövq alıram.

- Kitabın çapına yoldaşınız nə deyir?

- Qürur duyur. Əvvəllər “Sus bə qadın” deyirdi, indi də “Yaz bə qadın” deyir.

- Deməli artıq yazıçılıqla peşəkar şəkildə məşğul olmaq istəyirsiz.

- Bəli. Mən stüardessayam. Ömrüm boyu uçmaq istəmirəm. Atam həmişə deyərdi ki, ayağını yerə bas. Uşağım var, ona da vaxt ayırmaq istəyirəm. Həyatımı yazaraq qazanmaq istəyirəm.

- Gələcək planlarınız nədir?

- Mən işimlə əlaqədar çoxlu dayə ilə ünsiyyətdə oldum. Onlarla bağlı başıma çox işlər gəldi. Bunlardan kitab yazacam. Bir də səyahətnamə yazacam. Çünki çox gəzmişəm.

- Yazdıqlarınızı peşəkar yazarlara göstərmisiz?

- Yox. Sadəcə nəşriyyatın redaktorları oxuyublar. Deyirlər fenomen olacaqsan.

- Heç yazdıqlarınızı sonradan özünüz redaktə edirsiz?

- Yox, necə yazıramsa o cür də çəkib paylaşıram. Bir də onu deyim, mənim Facebookda da səhifəm var. Amma orda İnstaqramın hərarəti yoxdu.

- Kimləri oxuyursuz?

- Nazim Hikməti, Can Dündarı, Sunay Akını, Gürsel Birsəli, Ayşe Kulini oxuyuram. Əski ədəbiyyatı da çox sevirəm. Sərvəti-Fünunçuları oxuyuram. Çünki mən də o mərəzli ruha sahibəm.

- Oxuduqlarınızdan gündəliyə salırsız?

- Daha çox şeirlərdən bir də mahnılardan sitatlar salıram yazılarıma.

- Gündəlikləri İnstaqrama qoymaq ideyası... Sizdən əvvəl bunu edən olmuşdu?

- Dünyada bir ilkdir. Məndən başqa edən olmayıb. Çünki məndən başqa heç bir dəli bunu etməz. Bəzən mənə yazırlar ki, icazə verin sizin kimi edək. Mən də razılaşıram. Amma sonra görürəm ki, 15-20 səhifə yazıb yorulurlar. Məndə isə əzm var.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #