Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub

Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub
17 yanvar 2017
# 10:49

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehirbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib. Kulis.azın məlumata görə romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni tərcümə edib.

Müəllifin “Yarımçıq əlyazma” romanının İtaliyada iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına oxucu marağını görən nəşr evi “Sehirbazlar dərəsi” romanını da çap etməyə qərar verib.

Kitabı italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə də əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı önsözdə əsər bütün ədəbi-bədii layları ilə təhlil edilir, əsərdə olan magik təxəyyülün Şərq və Qərb sivilizasiyalarının qovuşma nöqtəsində ortaya çıxan enerjidən qaynaqlandığı ifadə edilir.

Professor F.Kardini önsözdə yazır: “Roman böyük uğur qazandığı Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyirin Şər üzərində qələbəsindən bəhs edən alleqoriya” deyil. Əslində, böyük bəxşiş hesab edilən seçim azadlığına malik olan, eyni zamanda da seçimin ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış bir hekayədir.

Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin axtarışındayıq. Oradan Görükməz təpənin yaşıl ətəyinə keçmək, sonra isə aşağı, Sehirbazlar dərəsinə düşmək olar. Dərəyə axtarış məqsədilə gəlirlər. Amma sən nə axtardığına, vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə sənə lazım olan, orada isə əlindən almaq istədikləri gücə diqqət etməlisən”.

Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.

Qeyd edək ki, indiyə qədər “Sehirbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib.

# 856 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
# # #