“Boy çiçəyi” nümayiş olunub

“Boy çiçəyi” nümayiş olunub
3 oktyabr 2016
# 10:29

Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, səhnə əsərinin nümayişindən əvvəl teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət tamaşaçılar qarşısında çıxış edib.

O bildirib ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi ilk dəfə 52 il əvvəl tamaşaya qoyulsa da mövzusu və qaldırdığı problem bu gün də aktualdır: “Oktyabrın 3-də İlyas Əfəndiyevin anım günüdür. Biz özümüzə borc bildik ki, bu gün İlyas müəllimin müəllifi olduğu pyesin əsasında hazırladığımız tamaşanı nümayiş etdirək. İlyas Əfəndiyevin bu əsəri müasir dövrümüzdə də öz aktuallığını saxlayır. Bu günün gəncləri də bu məhəbbət əsərini görməlidirlər. Boy çiçəyi sözünün böyük mənası var. Ona görə qərar gəldik ki, bu tamaşanın adı sadəcə, boy çiçəyi ilə bağlı olsun. Vaxtilə bu tamaşanın baş rollarında xalq artistləri Amaliya Pənahova və Əli Zeynalov oynayıb. İndi isə xalq artisti Fuad Poladov və əməkdar artist Məsmə Aslanqızı çıxış edir. Ümumiyyətlə, tamaşanın çox maraqlı aktyor heyəti var. Ümid edirəm, sizə təqdim olunan səhnə əsərini alqışlarla qarşılayacaq və Akademik Milli Dram Teatrından xoş təəssüratla ayrılacaqsınız”.

Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Nigar Güləhmədova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

# 880 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
# # #