“Məlikməmməd və Ziba” adlı yeni komediya filmi çəkilib

“Məlikməmməd və Ziba” adlı yeni komediya filmi çəkilib
9 sentyabr 2016
# 12:43

“Məlikməmməd və Ziba” adlı yeni komediya filmi lentə alınıb. APA-nın məlumatına görə, komediya filminin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur.

Film Mingəçevir və Bakı şəhərlərində çəkilib. Komediyanın sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran, komik vəziyyətlərdən ibarətdir. Məlikməmməd adı klassik nağıllarımızda olan cəngavər obrazını xatırlatsa da, bu filmin baş qəhrəmanı Məlikmməməd heç bir işdə uğur qazanmayan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır.

“Məlikməmməd və Ziba” komediyasında baş rolda Nofəl Şahlaroğlu, rollarda Qorxmaz Əlilicanzadə, əməkdar artist Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, xalq artisti Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, Rəşid Səməndər və başqaları çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.

# 979 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #