Dostoyevski və Aşıq Şenlik – Lətif Mustafaoğlu yazır...

Dostoyevski və Aşıq Şenlik – Lətif Mustafaoğlu yazır...
29 avqust 2016
# 16:25

F.M.Dostoyevski dünyada ən çox tanınan yazarların başında gəlir. Türk-tatar əsilli Dostoyevski provoslav, ortodoks xristian bir ailədə dünyaya gəldi. Atası ilə olan qarışıq ilişgisi “Karamazov qardaşları” romanında konu (mövzu) edilmişdir.

Yazıçılığının yanı sıra naşirliyi də olan Dostoyevski baş redaktoru olduğu “Vremya” və “Epoxa” dərgilərində irəlidə rus dövlət ideologiyası halına gələcək slavyan milliyyətçiliyinin teorik əsaslarını qoyanların arasında öncül oldu. Çar ailəsini hədəf alan Petraşevski təşkilatının üzvü Dostoyevski asılmaq sürəti ilə edama məhkum edildi. Fəqət son anda çarın əfv fərmanı ilə ömürlük Sibir (katorqa) sürgünü ilə ölümdən qurtuldu.

1870-ci illərin sonlarından ölümünə qədər Rusiya imperatorluğu çar ailəsinin vəliəhd şahzadəsinin mürəbbiləri, tərbiyəçiləri arasına girməyi bacarmışdır. Həyatın dibini, ən alt nöqtəsini görən yazıçı bir faninin həyatında ulaşa biləcəyi ən üst səviyyəni - çar vəliəhdinin tərbiyəçiliyi mərtəbəsini də görmüşdür.

Sevgili oxucu!

Yazımızın başına dönək.

1678-ci ildə ilk rus Osmanlı savaşı başladı. Bu tarixdən etibarən 13 böyük müharibə yaşayan rus-türk münasibətlərində Osmanlıda “93 hərbi” olaraq bilinən 1877-78 savaşı öncəsi və davamında yayınlamaqda olduğu “Epoxa” dərgisində savaş hay-küyçülüyü yapan türkləri qətl etməyi rusların bütövlükdə bu savaşa qatılmasını təşviq etmiş, bu qanlı savaşı qutsamış, müqəddəsləşdirmişdir.

Sevgili oxucum!

İndi məsələnin özünə gələk.

Eyni dönəmdə o zamanlar aralıq bölgə olan Borçalı yaylalarında yaşayan türk xalq ozanı Aşıq Şenliyin türk millətinin özünü çarlıq Rusiyasının istilasından “meşru-müdafa” haqqını təsbit edən “93 qoçaqlaması”nı orijinalda (yazılış şəkli ilə) diqqətinizə təqdim edirik.

Ehli İslam olan işitsin bilsin
Can sağ iken yurt vermeniz düşmana
İsterse Uruset neki var gelsin
Can sağ iken yurt vermeniz düşmana

Guşananın gılıcı geyinin donu
Gavga bulutları sardı her yanı
Doğdu goç yiğidin şan alma günü
Can sağ iken yurt vermeniz düşmana

Asker olan bölüh bölüh bölünür
Sandınız mı Gars galası alınır
Boz atlar üstünde gılıç çalınır
Can sağ iken yurt vermeniz düşmana

Kavga günü namert sapa yer arar
Erolan göksünü düşmana gerer
Cemi ervah biznen meydana girer
Can sağ iken yurt vermeniz düşmana

Beni Asfer’dir bilin Urus’un aslı
Orman yabanisi balıhçı nesli
Hınzır sürüsüne dalıp gurt misli
Can sağ iken yurt vermeniz düşmana

Hele Alosman’n görmemiş zorun
Din gayreti olan tedarik görün
At tepip baş kesin düşmanı kırın
Can sağ iken yurt vermeniz düşmana

Şenlik ne durursuz atları minin
Sıyra gılıç düşman üstüne dönün
Artacahtır şanı bu Alosman’n
Can sağ iken yurt vermeniz düşmana

# 780 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #