Rusiyada Varisin Qarabağ əsərinə qadağa qoyuldu

Rusiyada Varisin Qarabağ əsərinə qadağa qoyuldu
26 may 2016
# 12:44

Yazıçı Varisin əsərinə Rusiyada qadağa qoyulub. Bu barədə Kulis.aza yazıçı özü məlumat verib.

Varisin mayın 18-də Rusiyanın “Proza.ru” portalında dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən “Yaş əsgər çəkmələri” hekayəsi ötən gün portalın rəhbərliyi tərəfindən saytdan çıxarılıb.

Yazıçıya göndərilən bildirişdə deyilir: “Sizi məlum edirik ki, “Yaş əsgər çəkmələri” əsəriniz “Proza.ru” serverində dərc edilmək qaydalarına zidd olduğuna, 3.2 maddəsinin tələblərini pozduğuna görə dərcdən çıxarılmışdır. Bu maddəyə görə, Rusiya Federasiyası qanunvericiliyi ilə qadağan edilmiş məzmuna malik əsərlər dərcə buraxılmır”.

Qadağaya səbəb hekayədə işlədilən “İşğalçı erməni silahlı qüvvələri” ifadəsi olub: “Siz “İşğalçı erməni silahlı qüvvələri” söz birləşməsindən istifadə etməklə millətlərarası münaqişəni qızışdırmağı qadağan edən Rusiya qanunvericiliyini pozmusunuz. Bizim müəlliflər tək Rusiya ərazisində deyil, başqa ölkələrdə, o cümlədən də, Ermənistanda yaşadıqlarına görə, sizin nəzər nöqtəniz başqalarının nəzər nöqtələri ilə kardinal dərəcədə fərqlənə bilər.

Bundan başqa, sizin əsəriniz bütün dünyanı əhatə edən oxucu kontingentimiz arasında da fərqli və neqativ reaksiya yarada bilər”.

Yazıçının bildirdiyinə görə “Yaş əsgər çəkmələri” hekayəsinin dərcdən çıxarılması üçün onlarla erməni yazarı, eləcə də yüzlərlə erməni oxucu sayt rəhbərliyinə şikayət edib.

Xatırladaq ki, Varis Beynəlxalq Moskva Ədəbi Mükafatının finalçısı olub. Onun “Sovremenniki i klassiki” seriyasından nəşr edilən “Yanvarın 13 günü” kitabında Qarabağ həqiqətlərinə toxunulur. Dünyanın 23 ölkəsində satışa çıxarılan həmin kitab da ermənilərin kəskin etirazına səbəb olub.

# 1104 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #