Oğlan müəllimini sevib qaçırdarsa... - REPLİKA

Oğlan müəllimini sevib qaçırdarsa... - <span style="color:red;">REPLİKA
25 may 2016
# 12:32

Biləcəri məktəbinin 32 yaşlı ingilis dili müəlliməsi, eyni məktəbin məzunu olan gəncə qoşularaq qaçıb.

Səhərdən mediamızın da, sosial mediamızın da müzakirə mövzusu budur.

Doğrudan da, çox iyrənc bir dövrdə yaşayırıq.

Təməli yeni qoyulan ailənin sirləri ortalara tökülür, anasının razılığı, direktorun narazılığı... Və hətta bu fars gedib Təhsil Nazirliyinə çıxır.

Nazirlik münasibət bildirməliymiş!

Oğlan məktəbi qurtarıb müəlliməsi ilə evlənib, buna nazirlik neyləsin?

Və bu hadisənin ictimai əhəmiyyəti nədədir?

Ortada bir cinayət, azyaşlı ilə nikah varmı? Yoxdur!

Xanım, ya da bəy, ictimai fiqurlardırmı ki, onların həyatı ictimaiyyət üçün maraqlı olsun? Xeyr!

Hansısa bir zorakılıq olubmu? Olmayıb. Sadəcə ailələrin razılığı olmayan bütün cütlüklər kimi qoşulub qaçıblar.

Adicə bir hadisə media tərəfindən şişirdilərək gündəmə gətirilir, halbuki KİV haqqında qanun bu cür xəbərlərin verilməsini birmənalı şəkildə qadağan edir (Maddə 60. IV bənd).

Amma elə bu media erkən nikah məsələsinə qarşı tamamilə diqqətsizdir, nə bu barədə doğru-dürüst bir araşdırma var, nə maarifləndirmə var, nə də ictimai müzakirə.

Bu jurnalistika deyil...

Bu küçə qeybətidir.

Və bu medianın mövcudluğu erkən nikahlardan da təhlükəlidir!

# 820 dəfə oxunub

Oxşar xəbərlər

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

12:33 26 aprel 2024
# # #