Yaradılışçılar Hacı Şahini ittiham etdi: "Sizə yaraşmır"

Yaradılışçılar Hacı Şahini ittiham etdi: "Sizə yaraşmır"
6 may 2016
# 11:22

Hacı Şahin Həsənlinin Kulis.Az-da yayımlanan “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” məqaləsi yaradılışçılar arasında narazılıq yaradıb. Bu barədə Kulisə danışan yaradılış araşdırmaçısı Savalan Məmmədli Hacı Şahinin beş sualı cavablandırmalı olduğunu deyib:

1. Mələklər və cinlər də təkamül prosesi ilə yaradılıb?

2. Quranda bəhsi keçən hurilər hansı təkamül proseslərindən keçərək huri oldular?

3. Hz. Musanın (ə.s) əsası təkamüllə ilana çevrilib?

4. Hz. İsanın palçıqdan düzəltdiyi quş canlanana qədər hansı təkamül proseslərindən keçdi?

5. Qurandakı cənnət ağacları təkamüllə yaranıb? İddia olunduğu kimi təkamül həqiqətən Allahın yaratma qanunudursa o zaman bu iddianı irəli sürənlər yuxarıda qeyd edilən varlıqların necə yaradıldıqları haqda da açıqlama verməlidirlər.

Savalan Məmmədli Hacı Şahinin təzada düşdüyünü də qeyd edib: “Təkamül nəzəriyyəsi Allahın inkar, Quran Allahın varlığını təsdiq edir. Quranının Təkamül nəzəriyyəsini təsdiqlədiyini demək çox böyük təzaddır. İslam alimi adını daşıyan heç bir insana acizlik göstərərək Allahın varlığını inkar edən və heç bir elmi sübutu olmayan bir nəzəriyyənin Quranda təsdiqini tapdığını deməsi yaraşmaz. Allah "Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar."

# 1283 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #