Bakı Film İnstitutuna qəbul başladı - VİDEO

Bakı Film İnstitutuna qəbul başladı - VİDEO
28 dekabr 2015
# 14:13

Bakı Film İnstitutu (BFİ) tələbə qəbuluna başlayıb. İnstitutun rəhbəri Fehruz Şamiyevin APA-ya verdiyi məlumata görə, aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə qəbula keçirilir: “Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq, bu kursları yaratmışıq. İndiyədək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları üzrə kurslar təşkil edirik. Hər ixtisas üzrə sənəd qəbulu 2016-cı il yanvar ayının 15-ə kimi davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların Bakı Film İnstitutunda ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.

F. Şamıyevin sözlərinə görə, BFİ-nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən, kinoprodüser ixtisasının məzunlarından bəziləri Hollivudda, London Film Məktəbində təhsil alırlar.

Qeyd edək ki, 3 yaşını qeyd edəcək BFİ-də rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor-rejissor Qurban Məsimov olub. Bundan başqa mərkəzdə Avropa Kino Akademiyasının prodüseri Zeynəb Özbatur Atakanın da üçlük treninqləri keçirilib. BFİ bazasında bir neçə qısametrajlı film, o cümlədən, sosial çarx hazırlanıb. Həmin audiovizual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar.

# 1310 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #