14 fevral üçün 25 dollara sevgili satılır

14 fevral üçün 25 dollara sevgili satılır
2 fevral 2015
# 11:11

Yeni yaradılmış “Invisible Boyfriend” xidməti 14 fevral qabağı qızlara pulla sevgili xidməti göstərir.

Kulis.az-ın hurriyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, sözügedən xidmət ödəniş qarşılığında qızlara sevgilisiymiş kimi sms mesajlari göndərir, telefona zəng edir və əlyazma şəklində məktublar göndərir.

Bu xidmət ətrafında sevgilisi varmış kimi fikri yaratmaq istəyənlər, gerçək sevgililərini qısqandırmaq istəyənlər, ya da başqaları tərəfindən narahatçılıq yaşayanlar üçün nəzərdə tutulub.

Xidməti seçən adam “görünməz oğlan sevgilisinin” adını, yaşını, fotoqrafını, və xüsusiyyətlərini özü seçib qeyd edə bilər.

Xidmət ay ərzində müştəriyə 100 SMS, 10 çağırış və əllə yazılmış məktub göndərir.

Hələlik beta versiyada olan xidmətdə ilk 10 mesaj pulsuzdur. Mesajların və səsli ismarıcların avtomatik deyil, insanların göndərdiyini də qeyd etmək lazımdır.

Oğlanlar üçün də "Invisible Girlfriend" adlı başqa bir xidmət də hazırlanıb və eyni xidməti göstərir. Xidmət çıxan kimi minlərlə insanı əhatə edib. Xidmətin oğlan dost və qız dost olmaqla iki fərqli versiyası fəaliyyət göstərir.

# 1491 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #