Xeyirdə - xeyir, şərdə də - xeyir?

Xeyirdə - xeyir, şərdə də - xeyir?
14 iyul 2011
# 11:07
Xalqın xeyr-şərində ən çox işritak edənlər onlardır. Neçə il bu israfçılığı, ifratçılığı, mentalitet, adət-ənənə, din pərdəsi altında baş verən hoqqabazlığı görən onlardır.

Fəqət bu xətaları yalnız indicə sezə biliblər. QMİ sədri Alahşükür Paşazədə və xalq şairi Zəlimxan Yaqub.

Heyf ki, gecikmiş iradları belə bəsit, hədəfsiz oldu. Biz öz fikrimizi söyləyək.

Toy və yas məclisləri hədsiz dərəcədə aşırılaşıb. Bunu hər kəs qeyd edir. Sonra isə öz toy və yaslarında eynən təkrarlayırlar.

Şübhəsiz, bu məsləyə bir yolgöstərənlik, maariflənmə olmasa, bunu zaman, təkamül həll edəcək. Artıq bəzi məsələlərdə irəliləyiş var. Məsələn Bakıda “yeddi” mərasimi yığışdırılıb.

Hüzr sahibləri çox vaxt “üç”, ya da “üç-yeddi”ni bir yerdə verirlər. Bunun da səbəbi təziyə sahiblərinin iş-güc adamları olduqları kimi, başsağlılığına gələnlərin də iş adamları olmasıdır.
Heç kəs işindən yayına bilmir. Kapitalizm özü ilə birlikdə adətlərini də gətirib. Bir müddət sonra “üç” adəti də yığışdırılacaq. Evdən iraq, yas məclisi elə mərhumun dəfni ilə yekunlaşacaq.

Bu gedişatın qarşısını almaq olmayacaq. Çünki şəhərdə yaşayan, sivilizasiyanın qoynunda olan adam biləcək ki, çadır qurub günlərlə yolu bağlı saxlamaq olmaz.

Günümüzdəki dinamizmdə insanların yas məclislərində iştirak etməyə və mollanın moizələrini dinləməyə vaxtları yoxdur.

Moizə dinləmək istəyən onsuz, bir yolunu tapacaq.

50-cı illərə qədər ölkənin bir çox zonalarında hüzr məclislərində yemək verilmirmiş, 60-larda isə məclisə nahar vaxtı gələnlər özləri ilə yemək gətirirlərmiş. Bu, əlbəttə, keçən əsrin ehtiyacı idi.

Toylar daha çox islah olunmalıdır. Ən birincisi nəmər adəti yığışdılırmalıdır. Toy artıq xeyir iş eləmək deyil, xeyir götürmək işinə çevrilib.

Əgər bir adamın aylıq gəliri 500 manatdırsa, hər ay neçə toya gedib 50 manat yazdıra bilər?

Toyun əzəməti gözəl keçməyi ilə, toya gələnlərin yaxşı əylənmələri deyil, şadlıq saraylarının adları ilə bilinir. Toydan sonra isə nə toya gələnlər ondan razı qalırlar, nə də toy sahibləri.

Əlbəttə, bu məsələlər də həlini tapacaq. Bir müddətdən sonra toy edənlər daha 400-500 nəfərlik yox, 50-100 nəfərlik toy edəcəklər. Toy məclislərindəki saysız təamlar da yığışlacacaq, bəlkə, İsveç masası ilə avəz olunacaq, bəlkə də iki-üç növ yeməklə veriləcək. Ya da yemək restorandakı kimi sifarişlə olacaq. Hər halda öz həlli yolu tapılacaq.

Toy və yas mərasimlərindəki israfçılıq və müxətlif “yeniliklər” dünya təcürəbəsinin öyrənilməsi və əhalinin maarifləndirilməsi ilə həll edilməlidir.

Buna qarşı durmağa cəhd edənlər olsa belə, islahatlar gec-tez baş verəcək, toy və yas mərasimləri dedikcə sadələşəcək. Amma bu zaman müasir həyat tərzinin diqtəsi ilə olacaq. Təbii üsulla.
# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #