Terroru alqışlayanlar

Terroru alqışlayanlar
13 yanvar 2015
# 15:34

Yaradıcı adamlar cəmiyyəti monoton, birrəng olmağa qoymayan nadir adamlardır.

Cəmiyyət alternativ fikirlərin çoxluğu ilə sivilləşir. Monoton, alternativ fikrə yer qoymayan cəmiyyət təhlükəlidir, yırtıcıdır, vəhşidir.

Bəşəriyyətin ən ağır günahları məhz bununla bağlıdır. Elm adamlarının inkvizisiya tonqallarında yandırılmasından tutmuş, məsələn, kütləvi repressiyalara, terrorlara qədər.

Yaradıcı adamlar alternativ fikrin generalı olanlardır. Amma general olmaq cəsarəti də hər kəsdə yoxdur, çox yaradıcı məhdud təxəyyül təfəkkür sərhədlərini aşa, konformizmə qarşı çıxa bilmir.

Son terror aksiyasına münasibət belə bir təhlükə hissi yaşadır.

Telekanallardan birində bir aparıcı bu münasibəti dilə gətirdi: “Çoxumuz bu hadisəyə qəlbimizin dərinliyində sevinirik, kimsə bunu deməli idi, mən etiraf etdim”.

Hadisə barədə heç bir şey bilmədən sadəcə “peyğəmbər” və “karikatura” sözünü eşidib baş verənlər haqda “əcəb ediblər” deyərək terrorçuları əlüstü haqlı çıxaranları da eşitdiniz.

“Şarl Hebdo”nu, onun karikaturalarını və baş verənləri, siyasi mülahizələri, konspirologiyanı bir kənara qoyaq.

Mənasız və absurd səbəblərdən baş verən onlarla acınacaqlı qətl hadisəsi barədə verilən xəbərlərin altından “əcəb ediblər” mövqeyində yüzlərlə şərh yazanlar sizi heçmi qorxutmur?

Onlar bu şərhləri ümummilli dəyərlər sistemindən çıxış edib yazıblar. Bu dəyərlər sistemi “qadın belə, kişi belə olmalıdır”, deyir. “Namus budur, və cəzası ölümdür” deyir. Bu şərhləri yazanlar da “qaydaları pozduğuna görə öldürüblərsə əcəb ediblər” deyir...

“Əcəb ediblər” passiv düşüncənin atributudur. Passiv düşüncə açıq deyil və (bəzən öldürməkdən başqa) alternativ tanımır.

Alternativ tanımaq inkişaf etmək deməkdir.

Və nəhayət taxtaya, daşa, ölümlü firona, bütə ibadət edib inananlar üçün peyğəmbər və onun dedikləri də alternativ idi...

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #