Sidik analizində sevgi

Sidik analizində sevgi
19 noyabr 2014
# 09:28

Ömər:

- Motsartın fikrincə “Nə yüksək intellekt, nə təsəvvür, nə də bunlar ikisi birlikdə dahi yarada bilməz. Yalnızca sevgi, sevgi və sevgi dahinin ruhudur.” Bir qism yazıçılar, filosoflar bu hissi izah olunmaz və spontan, heç bir qanunauyğunluğa tabe olmayan hesab edir.

Xəyyam:

- “Kişi istənilən qadınla xoşbəxt ola bilər, əsas odur ki, ona aşiq olmasın” - deyirdi Oscar Vvilde. Bugünkü elm artıq sevgidən tutmuş nifrətə qədər bütün emosional halların izahını vermək qadirindədir. Elm bunu beyində baş verən biokimyəvi aktivliyin nəticəsi hesab edir. Hətta, 2007-ci ildə Bostonda açılmış tanışlıq agentliyi ora müraciət edənlərdən şəkil və şəxsi keyfiyyətlər tələb etmir. Onlar üçün sadəcə sidik və qan analizi kifayətdir. Vəd edirlər ki, mikrobioloji analizlər nəticəsində sizə elə əks cinsdən olan potensial sevgili tapa bilərlər ki, onunla 100 faiz xoşbəxt ola bilərsiniz.

Ömər:

- Bu fikirlər nə qədər inandırıcı, sistematik və təsdiqlənmiş olsa da, bu nəzəriyyədə bəzi boşluqların olduğu aydınca nəzərə çarpır. Belə ki, bu nəzəriyyə sırf qadın-kişi arasında olan intim münasibətlərin necə formalaşdığı sualını qismən cavablandırsa da, ana, ata, qardaş, dost və s. sevgisinin izahında çarəsiz qalır. İstənilən halda sadalanan sevgilər insan həyatının hər dövründə rastalanan və digər tərəfdən onun həyatının böyük bir hissəsini əhatə edən sevgilərdir. Bu sevgilər o tip sevgilərə aiddir ki, daha çox qurban tələb edir və eyni zamanda, daha çox qurban verir. Balasını xilas etmək üçün özünü qurban edən ana faktları saysızdır. Bunu analıq instinkti ilə əlaqələndirmək olar. Bəs o zaman sənin ataya və dosta, atanın və dostun sənə sevgisini necə izah etmək olar? Sizcə bu elə bir hiss deyilmi ki, təbiətin bizə yeritdiyi ən başlıca instinkt olan özünüqorumanı da sıradan çıxara biləcək qədər böyük bir emosional gücə malikdir?

Xəyyam:

- Elm sevgi prosesinin özünə məxsus izahını verir. Belə ki, əks cinsi görən fərdlərin limbik sistemi fəaliyyətə keçir və qana adrenalin ifrazını təmin edir. Bunun nəticəsində ürək döyüntüsü artır və sifət qızarmağa başlayır. Bu, digər cinsdən olan fərd üçün bir növ siqnaldır. Daha sonra testesteron ifrazı artır. Testesteron tərlə çölə çıxır və bu zaman angesterona çevrilir. Angesteron dəri səthinda olan bakteriyalar tərəfindən mənimsənir və xüsusi qaz ifraz edir. Hər insanın bakteriya fonu fərqli olduğu üçün ifraz olunan qazda özünəməxsus qoxu fərqi olur. Bu qoxu sırf əks cinsin marağını cəlb etmək üçün ifraz olunur. Əgər bu qoxu əks cinsdə xoş təəssüratlar yaradırsa, bu onun da limbik sistemini həyata keçirir. Sonrakı proseslər isə sırf nəsil artırma məqsədinə xidmət edir. Yəni, baş verən bütün proseslər sırf təkamülün tələbi ilə növbəti nəslin formalaşmasına xidmət edir. Araşdırmalar göstərir ki, hər iki cins seks istəyir deyə, bunu sevgi kimi təsvir edir. Çünki kişilərin və qadınların sevə biləcəyi tiplər sistematk olaraq məlumdur. Kişilərin əksəriyyəti bel və omba nisbəti 3:4 nisbətində olan xanımları fiziki olaraq daha cazibədar hesab edirlər. Eyni zamanda, cazibədarlıq kriteriyasına dolğun saçlar, dodaqlar, simmetrik üz quruluşu, sıx qaşlar və döşlər daxildir. Bu kişi üçün potensial olaraq daha yaxşı və sağlam nəsil yaranma imkanının olmasını göstərir. Kişilər bunu instinktiv olaraq duyurlar. Eyni şey qadınlara da aiddir. Qadınlar daha çox əzələli, enli kürəkli, böyük sinəli, möhkəm qollu və özündən arxayın kişiləri cəlbedici hesab edirlər. Bu da eyni zamanda qadın üçün instinktiv olaraq sağlam nəslin yetişmə ehtimalına işarədir.

Ömər:

- Qeyd etdin ki, sevgi üçün fizioloji göstəricilər əsasdır. Daha doğrusu, bu fizioloji göstəricilər cütlüklərin və əlaqələrin qurulmasında əsas qanunu təşkil edir. Ancaq bunun əksini göstərən faktlar var ki, bu nəzəriyyə ilə nəinki uyğunluq təşkil edir, eyni zamanda onu bir növ alt-üst edir. İstəsən araşdır dediyimi. Götürək Nik Vuyçiçi. Onun qolları və ayaqları yoxdur. Sadəcə bir ayağı rudiment kimi qalıb. Ancaq bu Kanae Miaxarenin onu sevməsi üçün əngəl deyil. Onların artıq uşaqları da var. Sonra Kenni İsterdey – ayaqları yoxdur. Bu da onun sevməsi, eyni zamanda sevilməsi üçün əngəl deyil. O da Nik kimi artıq övlad sevgisini dadır. Bu faktlar seks üçün sevgi və fizioloji olaraq daha sağlam fərdlə birlikdəlik fundamental anlayışları ilə total ziddiyyət təşkil edir.

Xəyyam:

- Elmi cəhətdən təsdiqlənib ki, sevgililərdə serotonin hormonu ifrazı artır. Bu hormonun xüsusiliyi ondandır ki, o, yalnız sevdiyi şəxsi vizual olaraq görən adamlarda formalaşır. Yəni siz sevgilinizi görürsüz və bədəniniz serotonin bolluğuna düşür. Sevgilinizi görmürsünüz və ya səsini eşitmirsiz onun ifrazı dayanır. Bədəninizdə serotonin aclığı yaranır. Yəni sevgiliniz sizin üçün bir növ doza rolunu oynayır. Yəni hər şey əvvəldə qeyd etdiyim kimi beyin səviyyəsində biokimyəvi balansın dəyişməsi ilə baş verir. Sevgi deyilən hadisə sırf limbik sistem, hipotalamus və hipofizin yaratdığı hormonal kokteyllər əsasında formalaşır. Sevginin bu cür matereallaşa bilməsi və izaha yatımlı olması sizin üçün ümumi sevgi dəyərində ucuzlaşma hissi yaratmır ki?

Ömər:

- Sevginin sırf sekslə əlaqələndirilməsi, mənim fikrimcə, düzgün deyil. Yəni sevgi sonu sekslə izah olunacaq bir proses deyil. Necə deyərlər, sevginin yataq otağı yoxdur. Bunun dünyada real nümunələri də var. Aseksuallar. Bu adamlar seksə yox deyən kəslərdir. Çox qeyri-adi səslənsə də, aseksual cütlüklər, eyni zamanda evliliklər də mövcuddur. Paul və Amanda. Onların hər ikisi aseksualdı və buna baxmayaraq evlidirlər. Hal hazırda da bir birlərini sevirlər. Jenni və Tim. Bu evlilikdə isə Jennidən fərqli olaraq Tim aseksual deyil. Sadəcə Jenniyə görə o, öz seksual tələbatlarından əl çəkib. Bu cütlükləri göstərməkdə məqsəd heç də bu orientasiyanın reklamı və bu seçimə marağın artırılması deyil. Sadəcə real sevgi hekayələrinin çatdırılmasıdır. Bu cür cütlüklərin sayı dünyada kifayət qədərdir. Eyni zamanda, nəsil artırma instinkti eynicinsli sevgilər zamanı da qeyri-realdır. Bu qeyri ənənəvi orientasiyaya əsaslanan cütlüklərdə əsas və ümumi faktor sevginin olmasıdır.

Xəyyam:

- Əlaqələrdə əsas katalizator rolunu maddiyyat təşkil edir. Bu gün puluna görə yaşlı kişilər və qadınlarla evlənənlərin sayı heç də az deyil. Eyni zamanda bütün qadınların arzusunu varlı ər, böyük villalar, zinət əşyaları, bahalı maşınlar və geyimlər bəzəyir. Bu, sırf qorunma instinktinin sevgi emosiyasını almasına görə baş verir. Sevginin dəyəri var və sevgini barter etmək olar.

Ömər:

- Oşo deyirdi ki, sevgi möcüzədir. Əgər həyatınızda real elmin belə tam izah edə bilmədiyi bir möcüzə yaşamaq istəyirsinizsə, yaşınızdan və kimliyinizdən asılı olmayaraq sevin. Sizin sevginiz növbəti sevgilərin təməli olsun.

Xəyyam:

- Hər nə qədər biokimyəvi fon dəyişikliyi olsa da hamının bu hissi yaşamaq haqqı var. Və bilmək olmaz bəlkə də bu beyin aktivliyi ya da instinktiv seçim sizi ömrünüzün sonuna qədər xoşbəxt etdi. Ona görə də, beyninizi işlətməyi və dinləməyi unutmayın.

# 3037 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #