Yaşasın yubka geyən kişilər!

Yaşasın yubka geyən kişilər!
19 fevral 2015
# 15:43

Yubkalı kişiləri alqışlayırıq

“Özgəcan hadisəsi”nə Azərbaycan insanın reaksiyası olduqca maraqlıdır. Cəmiyyət iki hissəyə bölünüb: Bu mənfur hadisəni pisləyənlər, hadisəni pisləyənləri ələ salanlar. Hadisənin mahiyyətini anlamayan bir dəstə kişi, bir bölük arvad yekə-yekə statuslar yazır.

Yaxşı ki, Feysbuk var. Yoxsa sizin doyurulmamış eqolarınız başınıza bəla olardı.

Türkiyədə kişilərin qadın zorakılığına qarşı qısa ətək geyinib etiraz etməsi Azərbaycan kişisini də hərəkətə gətirdi. Artıq sosial şəbəkələrdə aktivistlərimiz qısa ətəkdə şəkillər paylaşır. Çox cəsarətli və təsirli etiraz formasıdır. Yorğun və əsəbi şərq kişisinin bu cəsarətini ayaq üstə alqışlamaq lazımdır. Amma təəssüf ki, Azərbaycan insanı bu etirazı da anlamaqda, dərk etməkdə acizdir. Dünəndən diqqət yetirirəm, ətəkdə şəkil çəkdirən, qadına qarşı zorakılığa diqqət çəkməyə çalışan kişiləri ələ salan bir dəstə adam Feysbukda meydan sulayır.

Nəymiş əfəndim? Guya ətək geyinən kişilərin ətək geyinmək, tüklü ayaqlarını göstərmək kimi arzusu varmış. Vallah, billah, tallah ayıbdı!

Özgəcanın faciəsi qadına qarşı zorakılıq mövzusunu aktuallaşdırıb, mövzu bir daha gündəmə gəlib. Və insanlar bu məsələyə fərqli üsullarla və fərqli üslublarla etiraz edir. Utanmadan, vicdansızcasına etiraz edənləri ələ salmaq hansı məntiqə sığır?

Əziz xalqım, gözəl xalqım, qeyrətli, şücaətli, cəsarətli xalqım!

Dünyanın inkişafın zirvəsinə dırmandığı bir dönəmdə niyə bu qədər cahilsən? Niyə hər şeyə “mız qoyub” dodaq büzürsən?

Qəribə vəziyyətdir. Kişilər qadın zorakılığına etiraz edir, qadınlar bu etiraz formasını ələ salır. Bir neçə əsəbi və kövrək vətən qızının yazdıqlarını təəssüf hissi ilə oxudum. Nə qədər tolerant olsam da qadınların bu münasibətini həzm edə bilmirəm.

Siz hansı planetdən gəlmisiniz əzizlərim?

Ağıl var, məntiq var, oturun analiz edin, hadisənin mahiyyətini anlamağa çalışın...

Heç olmasa açın baş verən hadisə haqqında yazılanları oxuyun. Axı niyə ürək dağlayan iyrənc hadisəyə etiraz etmək cəsarəti tapan insanları ələ salırsınız?

Fərqli görünmək, kimlərinsə gözünə girmək üçün mütləq kimlərisə ələ salmalısınız?

Ay gözəl insanlar, sizin şərəfiniz və ləyaqətiniz bir etirazla tapdanmaz. Çünki qısa ətək geyinən gənclərin məqsədi yol kənarında dayanıb fahişəlik etmək deyil.

Elə məsələlər var ki, insan şərh verməyə, münasibət bildirməyə söz tapmır. Bax bu durumda söz tapa bilmirəm. Etiraz üçün ətək geyinənləri də gətirib Koroğluyla, Babəklə, Qarabağla, Xocalıyla əlaqələndirdinizsə, əhsən sizə! Bravo!

Əgər fərqli görünməyə çalışırsınızsa sizə kömək edə bilərəm. Özgəcanın qatilini haqq qazandırmağa cəhd etməyiniz sizin fərqiniz deyil, manyak təfəkkürünüzdür. Fərqli düşüncə bu deyil.

Fərqli görünməyə əşəddü-ehtiyacınız varsa qatili, manyakı anlamağa, 26 yaşlı gənci manyaklığa sürükləyən düşüncəni dərk etməyə çalışın.

Lütfən, fərqli görünmək üçün bambılılıq etməyin!

# 1055 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #