Qadınlar necə manqurtlaşır

Qadınlar necə manqurtlaşır
6 yanvar 2015
# 10:37

Adətən zəif kişi ağıllı qadını seçmir, ya da qadının ağıllı olmasını istəmir. Çünki qorxaq, müti, qapaza tabe olan qadını idarə etmək daha asandır. İstər döyər, istərsə sevər, yəni kefi bilər. Qadın olan kəs də dilini lal edib oturar. Tanış-biliş də deyər ki, halal olsun filankəsin gəlininə! Əri səhər-axşam döyüb öldürür, cınqırı da çıxmır. Bərəkallah tərbiyə verən anaya!

Qadını köləyə çevirən əsas səbəblərdən biri sosial asılılıqdır. Ailədə ağalığını, hökmranlığını təmin etmək istəyən kişi bu yola əl atır. Qadını özündən maddi və psixoloji cəhətdən asılı vəziyyətə salır. Onu ələbaxan, qorxaq, gözüqıpıq etmək üçün illər lazım olur. Bu uzun yolçuluq qadağalarla başlayır. Bayıra tək çıxmağa icazə vermir, işləmək ümumiyyətlə yasaqdır, bazarlıq, alış-veriş məsələlərini də kişi öz öhdəsinə götürür və s. Qadının həyatı və fəaliyyəti yalnız ailədaxili işlərlə məhdudlaşır. Beləcə tədricən ictimai və sosial inkişafdan geri qalır.

Qadın zamanla özünəinamı itirir, kartof soyub, corab yumaqdan başqa işə yaramadığını düşünür. Belə xanımlarda formalaşan digər xüsusiyyət qərarsızlıqdır. Ən xırda məsələni də təkbaşına çözməyi bacarmır, qərar verməkdə çətinlik çəkir. Bu səbəbdən boşanma kimi önəmli bir addımı çox zaman ata bilmir.

Qonşuluğumuzda bir ailə vardı. Qadın müəllimə idi, məndən 2 kurs yuxarıda oxumuşdu. Gəlin köçdüyü gündən əri işləməyə icazə vermədi, tək mağazaya da gedə bilməzdi. Oğlan ona çox əziyyət edirdi, bir dəfə elə bərk döymüşdü ki, yeriyəndə ayağını çəkirdi. Elə də şikəst qaldı. Bir məclisdə görüşdük, söhbətləşdik. O cür ürəkli, qoçaq qızın gözünün odunu elə almışdılar ki, tanımaq olmurdu. Niyə boşanmadığını soruşdum. Gözlərini bərəldib “Oğluma kim baxar?” dedi. “Atan evindəki kimi yenə də uşaq hazırlayıb baxarsan” - söylədim. “Əvvələ baxma, indi bacarmaram” - dedi.

Fironluq edən ərin hakimiyyəti altında yaşayan qadının 15-20 il sonrakı durumunu təsəvvür edirsinizmi? Hətta ali təhsilli qadın da elə bilir ki, əri evə çörək gətirməsə acından öləcək, ya da balaları düzdə qalacaq. Qadın bu qədər acizləşir, manqurtlaşır.

Ələbaxan, gözüqıpıq qadını əzmək, ona zülm etmək o qədər asandır ki! “Dur” deyəcəksən duracaq, “otur” deyəcəksən oturacaq. Nə də olsa, evə çörəyi kişi gətirir, sosial güc kimdədirsə, hökm də onundur.

Bu səbəbdən kişi qadının işləməsini istəmir. Cürbəcür qadağalarla onun inkişafının qarşısını almağa çalışır. “Döysə də, söysə də pulu ərim qazanır. O, olmasa, uşaqları necə dolandıraram?” deyib hər cür zorbalığa dözən qadının əli pula çatarsa nə baş verər? Qadın güclənərsə, maddi cəhətdən azad olarsa, yenə zülmə boyun əyərmi?

Eləsi hətta arvadının işləyən qadınlarla münasibət qurmasına, dostluq etməsinə icazə vermir. Qorxur ki, birdən çalışan, pul qazanan qadınları görüb “yoldan çıxar”.

Güclü kişi heç zaman qadının inkişafından qorxuya düşməz. Əksinə, dəstək olar. Zəif adamlar öz eqosunu təmin etməkdən ötrü qarşısındakını əzər.

P.S.

Fironluq edən kişilərin sırasında dindarları görəndə lap təəccüblənirəm. Gündə 5 vaxt namaz qılır, amma arvadının başından qapaz əskik olmur. İslam qadınların kişilərə əmanət olduğunu bildirir. Allahın əmanətinə zülm edilərmi?

# 1534 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #