YouTube-u krizə salan video

YouTube-u krizə salan video
4 dekabr 2014
# 12:02

Biz qalan bina əsl sovet binasıdır. Köhnə parketlər, su-istilik sistemi, hündür tavan, ikiqat şüşəsi olan iri pəncərələr, nəmişlik qoxusu, tez-tez dağılıb sıradan çıxan su və kanalizasiya sistemi binanın özəl keyfiyyətidir.

Eyni zamanda kövrək telefon xətti... Bilməyənlər bilsin, xətt köhnə olanda içindəki metal gücdən düşmüş olur və ötürücülük qabiliyyəti sıfıra yaxınlaşır. Bu da, şübhəsiz ki, telefon və internet sisteminə təsir edir.

Bizdə tez-tez belə “qanlı” hadisələr baş verir və bu zaman, nə gizlədim, əsəblərimə tam nəzarət edə bilmirəm. Dünyada pis işləyən internetdən əclaf şey yoxdur. İşləməsə daha yaxşı. İşini bilərsən. Ya kluba düşərsən, ya da ertələyib kitab oxuyarsan.

Son vaxtlar bəndeyi-həqiriniz də sayın Sevda Sultanovanın (oxu: SS) kulturoloji təhriki ilə kinoya xüsusi asılılıq duyduğundan güclü, zəki, el dili ilə desək, qeyrətli internetə güclü ehtiyac hiss edir. Amma hanı? Proqramistim abırlı bir uşaqdı. İnanın, üzdən-gözdən salmışam yazığı. Adam belə köhnə binalarda yaşamadığı, üstəlik son vaxtlar Türkiyədə oxuduğu üçün “mənim internetim”in spesifikasını dərk edə bilmirdi. Məsələn, bütün saytlar açılırdı, YouTube yox...

Sən demə, internetin keyfiyyəti təkcə kompüter, xətt, bina, şəhər və ölkədən asılı deyilmiş... Sən demə, son günlər məni girinc qoyan kompüter, xətt, bina, şəhər və ölkədən əfzəl məşhur (bu söz çox zəif səslənir, etiraf edirəm – Ş.A.) koreyalı müğənni Çe-Sanın qara yola çəkib YouTube-a yüklədiyi “Gangnam Style” klipi imiş! Az vaxtda 350 milyon izlənilən klip bu gün bütün rekordları inanılmaz həddə geridə qoyaraq 2 milyardı keçib. Təsəvvür edirsiz? 2 milyard! Yox, gərək sıfırları yazam ki, necə bir zibilə düşdüyümüzü rahat fərq edəsiniz: 2 000 000 000.

Zibilə təkcə biz yox, YouTube administrasiyası da düşüb. Məsələ ilə bağlı rəsmi açıqlamada deyilir ki, YouTube sistemi yarananda ən maksimal məhdudiyyətlərin bu qədər aşılacağı təsəvvür olunmurdu. Ona görə “Gangnam Style” klipinin göstəricisi sosial şəbəkəni krizə soxdu, biz texniki sistemdə modernləşmə işləri aparmağa məcbur olduq.

Video YouTube tarixinin ən populyar materialı hesab olunur. Qəti narahat olmayın, 2012-ci ildə “Ginnesin Rekordlar Kitabı”na da daxil edilib.

İşə düşmüşük...

# 1367 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #