Sevgilinizin sizi aldatdığını facebookda necə bilməli

Sevgilinizin sizi aldatdığını facebookda necə bilməli
21 yanvar 2014
# 13:34

Kulis.az Rəfiqə Məmmədovanın tərcüməsində Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Pukkanın məqaləsini təqdim edir.

“Bir oğlanın kartviziti onun keçmiş münasibətləridir” deyirlər. Nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, amma həyatının hansısa bir hissəsini keçirdiyi köhnə sevgilisi mənim üçün birbaşa rəqibdir. Hər dəfəsində keçmişiylə bağlı sualları beynimdə fırladıb yarama limon sıxırdım.

“Hələ də beyninin hansısa bir köşəsində yer alır görəsən? Görəsən onunla da bura gəlirdi? Çox maraqlanır, ola bilər ki, hələ də mesajlaşsınlar? Görəsən bu musiqiyə onunla olanda da qulaq asırdı? Niyə bu gün əhvalı pisdi axı bunun?” – durduq yerə bu sualları uydurub sonra cavablarını dərd etməyə başlayırdım, sonra da özümü üç nəfərlik bir sevginin ortasında hiss edirdim. Üçüncü şəxsin bundan xəbəri olmurdu, çox vaxt heç oğlanın da. Amma mən hər dəfə onun xəyala daldığını görəndə onları pozadan-pozaya təsəvvür edirdim. Ona görə də kaş göydən yerə zənbillə heç sevgilisi olmamış, amma sevgi münasibətlərindən yaxşı başı çıxan, yaraşıqlı, ciddi bir oğlan düşəydi. Hətta bir neçəsi düşəydi ki, mənim kimi əziyyət çəkən digər xanımlar da xoşbəxt nəfəs alardı.

Evi alt-üst eləmək

Mənim həmişə etdiyim sevimli adətlərim var-sevgilinin evinə ayağını qoyduğun gündən əşyalarını yerləşdirmək. Xüsusilə qara rezinlər, bir ovuc saç sancağını elə yerlərə atıb, elə yerlərdə gizlədirsən ki, səndən sonra gələn xanım - əgər varsa, mütləq bu işarələri görür. Oğlan üzünü çevirən, başı qarışan kimi evi didik-didik edib bir iz axtararıq. Bəlkə eks-sevgili bizim üçün bir mesaj qoyub. Arxeoloji qazıntılar nəticəsində tapdığımız izləri birləşdirib köhnə sevgili haqda müəyyən təsəvvürə malik ola bilərik. Əgər yatağın yaxınlığındakı dolablardan birində qızın alt paltarını tapmısızsa, deməli qız uzaqlarda deyil, hər an geri qayıda bilər və bir-birilərinə öyrəşiblər. Yatağın yanındakı şkafdan xırda əşyalar – qalıb köhnəlmiş saç rezini və sair tapa bilərsən, burda qorxulu heç nə yoxdu. Amma kosmetika ləvazimatı tapdınsa bu SOS deməkdir, qorxmağa dəyər.

Telefon

Telefona şifrə qoya bilmək imkanını kim yaradıbsa ölənə qədər məndən bəd-dua eşidəcək. Sevdiyi futbol klubunun yaranma tarixindən tutmuş anasının doğum günü tarixinə qədər bütün ehtimalları axtarırdım, heç biri də düz gəlmirdi. Hə bilirəm, dünyanın ən eyib işlərindən biri kiminsə telefonuna icazəsiz girməkdi, amma neyləyim, dünyanın ən əyləncəli işləri ya eyibdir, ya günah, ya da qadağadır. Bir rəfiqəm, sevgilisinin telefonunda köhnə sevgilisinin nömrəsini öz bacısının nömrəsi ilə dəyişdirmişdi. Düşünmüşdü ki, onsuz da mesaj yazıb zəng edəndə nömrəyə baxmır, birbaşa əməliyyatı yerinə yetirir. Yaxşı da eləyibmiş, nömrələrini dəyişdiyi gündən 2 gün sonra sevgilisi köhnə qızına yığdığını zənn edib rəfiqəmin bacısına zəng etmişdi. Beləliklə oğlanın köhnə sevgilisiylə hələ də görüşdüyü məlum olandan sonra təbii ki, ayrıldılar. Amma ayrılarkən oğlan “bu qız manyakdı ki, səndən uzaq durmaq yaxşıdı elə” – demişdi, bunları da qeyd edim ki, sizi yanlış istiqamətləndirməyim. Bir də bir şeyi vurğulamaq istəyirəm ki, sevgilisinin telefonunu qurcalayıb xoşbəxt olan bir qıza da rast gəlməmişəm.

Dost söhbətləri

Ən zəhləm getdiyim hissə! Münasibətiniz yenidirsə, sevgilinizin dostları sizi o qədər də önəmsəməzlər, yanınızda ağızlarına gələni – köhnə sevgilisindən və s. – danışmağa haqları olduğunu düşünərlər. Bir dəfə düz iki saat sevgilimlə köhnə sevgilisinin əyləncəli günləri barədə söhbət dinləmişdim. Cəhənnəm əzabı çəkmişdim, mənim nə günahım var ki, bunları mənə danışırsız deyə pişik sifəti almışdım, amma yenə də bu əyləncəli söhbəti sonunadək dinləyəsi olmuşdum.

Yox əgər bunlara əsəblərim dözər, psixologiyam güclüdür deyirsizsə, sevgilinizin köhnə sevgilisi haqda öyrənmək istədiyiniz hər şeyi dostlarındana öyrənə bilərsiz. Bunun üçün siz o dostlara bir az nifrət etməli və bunu nümayişkaranə göstərməlisiz. Hiss edən kimi sizin yanınızda o qızdan danışmağa, qızı tərifləməyə başlayacaqlar. Beləliklə istədiyiniz məlumatı əldə edə biləcəksiz. Əmin ol, nifrətini göstərməklə heç nə itirməyəcəksən. Kainatın ən böyük sirlərini çözən biri olsa belə sevgilinin dostudur yenə də həyatın boyunca heç bir faydasını görməyəəcksən, uzaqbaşı arada əsəblərinlə oynayacaq. Onun sənə nifrət etməyi o qədər də təhlükəli deyil.

Sosial media hesabları

Ən pisi budur deyəsən. Adam sanki böyük bir okeanın ortasında üzür, sənin isə onu orda tapmağın elə çətin bir işdir ki... Əmin olun, facebook, tvitter ən təhlükəsiz yerlərdir. Sizin axtarışlarınıza heç ehtiyac da yoxdur, əgər o kimləsə flirt edirsə qız axır-əvvəl özün “yandıracaq”. Yersiz layklar, kommentlər, fotolarının altına yazdığı əzizləmələr və sairə vasitəsilə həmin xanımı rahatlıqla tuta bilərsiz. Əsl qorxulası yerlər internetdəki kiçik tanışlıq saytlarıdır, təsəvvür edə bilməyəcəyiniz qədər çox və qarışıq, üzvlərinin sayı heç 100-ü ötməyən, amma səviyyəcə normal olan saytlar. Buna görə də kompüterin və ya notbukun tarixçəsini daima nəzarətdə saxlayın. Yox əgər tarixçəni silib təmizləyən bir adamla qarşı-qarşıyasızsa, təbrik edirəm, aldadılırsız.

# 3839 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #