Çürük ailə dəyərləri və qatil qaynana - Aliyə yazır...

Çürük ailə dəyərləri və qatil qaynana - Aliyə yazır...
11 dekabr 2014
# 13:41

“Qaynana gəlini və altı aylıq nəvəsini öldürüb” – belə xəbər üçün KİV-imizə “duyğu sümürüsü” lazım deyil, tək xəbərin özü başlığa çıxarmaq üçün bəs edir: “qadın daşla əvvəl 20 yaşlı gəlinini, öldürüb, sonra otağa keçib nəvəsini boğub”. Nifrətin, aqressiyanın həddi yoxdur.

Ailə məişət zəminində cinayətlər motivlərlə fərqlənir: çox zaman öldürülənlər, işgəncəyə məruz qalanlar gənc qadınlar olur. Biri duzu süfrəyə qoymadığı üçün, o biri uşağı susdura bilmədiyi üçün, başqası kiməsə mesaj yazdığı üçün...

İnsanlar sosial, mental-psixoloji basqılar altında əzilir. Əzilmiş adam kimisə əzməlidir. Onun kimisə bir bit kimi sıxıb öldürmək arzusu ona görə çox təbiidir.

Mentalitet ondan namus üstə qadını öldürməyi tələb edir. Namus qadının toxunulmazlığı ilə əlaqədardır, həmişə öz üstündə gəzdirdiyin şəxsi keyfiyyət deyil, namus başqasının təəssüf ki, hərəkət, düşüncə imkanları olan, tələbatları olan bədənidir.

Çürük ailə ənənələri onlardan qarşılıqlı şəkildə bir-birini sıxmağı tələb edir: ər arvadın sahibidir, onunla istədiyini edə bilər - bununla belə ər həm də ailəni maddi şəkildə təmin etməyə borclu olan xidmətçidir. Ər arvada sahiblik etmək haqqını onu maddi təmin etməklə qazanıb. Bu səbəbdən tərəflər bir-birini sıxır - hansısa tərəf daha çox, hansısa tərəf daha az. Çünki, yüz illərlə beyinlərdə kök atmış bu ənənədə balans pozulub.

Ərin də, arvadın da ailə büdcəsinə, uşaqlara eyni dərəcədə məsul olduqlarını, həyata aid bütün məsələlərdə hər ikisinin eyni dərəcədə haqqı olduğunu rəsmi sənədlərdən başqa heç bir yerdə (televiziya çox vaxt əksini təbliğ edir) görmək mümkün deyil. Sənəd yazılan qanundur. Yazılmayan qanunlar, şifahi qoyulan qaydalarsa yazılara həmişə gülüb. Həm də arsız-arsız, dişlərini ağardaraq...

Sosial həyat onlardan “balaca” olması, bacarıqsız olması, sadəcə insan olduğu üçün bir dəyəri olmaması fikrini qəbul etməsini tələb edir. Çünki yaşadıqları əziyyətin, yoxsulluğun, “kitayski” həyatın qarşılığında dəbdəbəli evləri, içindən piyadaları qarışqa kimi görən iri və bahalı avtomobilləri, brend dükanları görürlər.

Hələ gənc ailənin valideynlərlə bir evin, bir otağın içində yox, ayrı yaşamaq lüksü bir yana qalsın. Bütün bu həqiqətlər çürük ailə dəyərləri ilə toqquşur. Başlayır qətllər, intiharlar, xüsusi amansızlıqlar...

Kirayə qaldıqları evdə gəlinini və nəvəsini öldürən qadının ailəsində bunların neçəsi var?

Bəs bu tələblərlə üz-üzə qalanlar nə qədərdir?

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #