Stressli qadınlara kişi məsləhət görən psixoloqlar

Stressli qadınlara kişi məsləhət görən psixoloqlar
16 avqust 2019
# 11:00

Psixoloqlar qadınları stressli, psixoloji gərgin vəziyyətlərində ailənin kişi üzvləri, ya kişi dostları ilə ünsiyyətdə olmağa, ən azı onların yanında oturmağa çağırırlar. “Kişi daxilən təmkinli, qadın daxilən təşvişlidir”, - deyirlər.

Həqiqətən də, şəxsi təcrübəmdə qadınlardan fərqli olaraq kişilərlə ünsiyyətin daha sakitləşdirici, rahatladıcı olduğunu kəşf etdim. Bu ünsiyyətdən psixloloji rahatlıq əldə edən kimi suallar və paradokslar başladı:

Səbəb nədir? Həqiətənmi kişinin təmkini müdrikliyə, dolayısıyla, reallığı adekvat dəyərləndirməyə əsaslanır? Və ya qadının təlaşı xəyalında qurduğu, durmadan planladığı dünyaların uçulması qorxusundan - dolayısıyla xəyalpərvərliyindəndir?

Kişi ilə ünsiyyət nə üçün psixoloji rahatlıq yaradır? Bəlkə qadın faktiki olaraq kişilərin qurduğu, idarə etdiyi dünyada, sivilizasiyada yaşayır və hansısa gərginlik duyanda məhz kişi sözü kişi təsəllisi daha ciddi təsir bağışlayır? Ola bilsin, məsələ lap sadə və psixoloji əsaslıdır: güclünün - kişinin arqumenti zəifi - qadını barışmağa vadar edir. Yəni, kobud desək, qadın zorən barışır. İnsanı problemlə, vəziyyətlə barışdırmaq da cəmi psixoloqların seçdiyi yol deyilmi?

Kişinin sözünün niyə ciddi sayılmasına qalanda bu, daha çox gender problemidir. Seksist yanaşma istisnasız hər kəsin qanına hopub. Bu mənada lupayla seksist yanaşma axtarıb tapanda topa tutan radikal feministlər çox ifrata varır. Neçə min illlik yaşamın gətirdiyi düşüncəni birdən necə atmaq olar ki? Bunlar zamanla, seksist düşüncəni yaradan yaşam dəyişdikcə baş verəcək.

Bəs həqiqətənmi kişinin təmkini onun müdrikliyinə, məsələyə kompleks yanaşa bilməsinə əsaslanır? Ola bilsin, hə. Amma ola da bilsin ki, bu onun hadisələri olduğu kimi qəbul etməsidir. Olmuşlara, olacaqlara laqeydliyi, bu günlə yaşaması, anın hökmünə görə hərəkət etməsidir. Müdrikliyin yox, əksinə, bivec münasibətin nəticəsidir. Amma bunlar yalnız ehtimallardır. Ehtimallar faktı dəyişmir: Qadının kişiyə ehtiyacı var. İstər bivecliyinə, istər müdrikliyinə. Radikal feministlər qəzəblənməsin: bu, kişinin hansısa üstünlüyünə görə hakimi-mütləq olması demək deyil - kişilərin qadına yüz dəfə artıq ehtiyacı var; həmin o arxasında nəyin dayandığını bilə bilmədiyimiz təmkini qazanmaq üçün...

Əlbəttə, bu yazılanlar mütəxəssis fikri deyil. Adi suallardır. Sualdansa heç kimə ziyan gəlməz. Lap həvəskar sual olsa da...

# 2831 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #