Sevdiyin qadın başqa qadına qoşulub qaçdısa...

Sevdiyin qadın başqa qadına qoşulub qaçdısa...
3 fevral 2014
# 15:06

Qan Turalı yazır...

Cavabını bildiyimiz sualları alt-alta yazmaqdan, bu adi suallar ətrafında müzakirə aparmaqdan bezmədinizmi?

Beyninizin heç zaman getmədiyiniz bir yeri sizi heçmi həyəcanlandırmaz?

Möhtəşəm filmlərdə, böyük əsərlərdə əslində beynimizin uzaq künclərinin hekayələri yatmırmı?

Dünyanın yüz il qabaq həll etdiyi problemləri bu gün nadanlara izah etməkdən yorulmadınızmı?

Adi suallara çoxdan tapdığımız cavabları cəmiyyətin mühafizəkar hissəsinə diqtə edib aldığımız mənfi reaksiyaları toplamaq darıxdırıcı olmalıdır.

Köhnə sualları ancaq təzə suallarla unutmaq olar.

Misal üçün başlıqdakı sualla heç qarşılaşdınızmı?

Ya da daha kəskin formada soruşaq: Sevdiyiniz qadını başqa bir qadının yatağında görmək necə bir hissdir?

Cümləni düz oxumusunuz, yenidən oxumayın.

Bu sual beyninizin heç getmədiyi yerindən soruşulub.

Sualı qadınlara da verim, sevdiyiniz kişini başqa bir kişi ilə sevgili olmağına dözə bilərsinizmi?

Amma bu mövzuda düz üç film çəkilib.

(Əlbəttə ki, mənim baxdıqlarımdan söhbət gedir)

Yəni bu mövzu artıq fəth edilib.

Bir neçə il əvvəl İtaliya və Türkiyənin ortaq istehsalı olan “Hamam” filminə baxanda bu dialoqu unutmamışdım:

Kişi: İndi danışa bilməsək, heç zaman danışa bilmərik.

Qadın: Bunu sən mənə deməli idin, mən kəşf etməli deyildim.

Kişi: Sən də mənə Paolonu deməmişdin.

Qadın: Bu eyni şey deyil.

Kişi: Eyni şeydir.

Qadın: Françesko, mən sənə kişi ilə xəyanət etmişdim.

Kişi: Mən də…

Bu yazını yazmaq üçün Roman Polanskinin “Acı Ay” filmini də izləməli idim.

Qadın ərindən intiqam almaq üçün onun məşuqəsi ilə yatağa girirdi.

Amma ər arvadının 15-cə dəqiqəyə tovladığı qadına günlərlə bəhrəsiz əziyyət çəkmişdi.

Aşağıdakı foto qadının zəfərinin fotosudur.

Həm də intiqamının...

Amma “Acı Ay”a baxana qədər təsadüfən Vudi Allenin “Manhetten” filmini izlədim.

“Manhetten”də də eyni mövzu vardı: Arvadı Vudi Alleni tərk edib başqa bir qadınla qaçmışdı.

Vudi Allenin oğluna iki qadın baxırdı və qadınların biri uşağa atalıq edirdi.

Çox fərqli düşüncədi, deyilmi?

Bəlkə bu bu sizə əxlaqsızlıq kimi gəlir.

Əlbəttə ki, hər zaman etdiyiniz kimi işıqçılarından tutmuş filmin rejissorlarına qədər, bu yazının müəllifini də unutmadan təhqiramiz şərhlər bombardmanına tuta bilərsiniz.

Amma heç bir kişi “sevgilinizi başqa bir qadınla yaxalasınız nə edərsiniz” aqibətindən xilas olmayıb.

Ona görə də homoseksualların hüquqlarını müzakirə etmək kimi mütərəqqi dünyanın muzeylərə itələdiyi qədim mövzuların tozunu udmaq əvəzinə bu modern mövzu haqda düşünmək daha yaxşı olmazdımı?

Modern deyirik, amma “Manhetten” filmi 1979-cu ildə çəkilib.

Məndən 5 yaş böyükdür.

Gələn dəfə “Sevgilinizi başqa bir qadınla yaxalasınız nə edərsiniz” sualına aldığım cavabları sizinlə bölüşəcəm.

# 6230 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #