Tanımadığı adamın toyunda havayı oxuyan müğənni

Tanımadığı adamın toyunda havayı oxuyan müğənni
27 yanvar 2014
# 16:07

İlqar Rəsul yazır

On beş il əvvəlin söhbətidi. Bir dostumun toyu olacaqdı. Oturub söhbət edirdik. Nə köməyim dəyə biləcəyini soruşdum. Dedi ki, çoxdandı bir arzum vardı toyumla bağlı. İndi zaman yetişib. Amma bilmirəm o arzumu gerçəkləşdirmək mümkündü, ya yox.

Nəsə narahat oldum. “Nə arzudu ki, belə tərəddüd edirsən?”-deyə soruşdum. Bir az fikirləşib cavab verdi ki, bəs, həmişə filan müğənninin toyumda oxumasını arzulamışam. İndi toy gəlib yetişib. Amma onu dəvət etməyə imkanım yoxdu...

Düzü çox pis oldum bu söhbəti eşidəndə. Həmin dövrlər o müğənninin də toylarının bol vaxtı idi. Necə deyərlər əlinin dalının da, qabağının da gətirən vaxtı. Toya neçəyə gedirdi, bilmirdim. Belə şeylərlə heç vaxt maraqlanmamışdım. Amma buna baxmayaraq gülümsünüb dostuma dedim ki, bir şey fikirləşərik.

Onda ayrılan günün səhəri həmin müğənninin telefon nömrəsini tapıb zəng elədim. Görüşmək istədiyimi bildirdim. Günorta 6-cı mikrorayonda kafelərin birində görüşdük.

Toya neçəyə getdiyini soruşdum. Dedi baxır adamın imkanına. Dostumun əhvalatını danışdım. Gülümsünüb dedi:

- Get telefon nömrəmi ver dostuna və ona denən ki, toyu təyin edib, yerini vaxtını mənə xəbər eləsən.

Dedim nə qədər olmasa, bir qiymət danışsaq yaxşıdı. Bəlkə adamın gücü çatmadı siz deyəcəyiniz məbləğə. Niyə ürəyi qırılsın ki, toy günü. Müğənni yenə də təkidlə dedi ki, toyun yerini və vaxtını xəbər eləyin. Açığı bu söhbət məni bir az tərəddüddə buraxdı. Axı qiymətləşmədən necə razılaşmaq olar.

Qapıdan çıxandan məni səslədi:

- Görürəm narahat gedirsən. Dostuna denən ki, ondan musiqiçilərimin pulunu alacam. O da simvolik bir şey olacaq ki, utanmasın.

Gedib vəziyyəti dostuma danışdım. Çox sevindi. Amma sonra-vaxt tamam olanda dostumun müğənni olan bir qohumu düzüb-qoşub toyda özü oxudu. Deyəsən demişdi ki, filankəsə etibar yoxdu. Toyu oxudu və dostumdan da xeyli pul aldı bu "xidmətinə" görə qohum müğənni...

Aradan bir neçə ay keçmişdi. Bir gün dostumun ömrü boyu arzulamış olduğu həmin o müğənni ilə rastlaşdıq. Məni görən ki, toyu soruşdu:

- Nooldu bəs? Dostun niyə zəng eləmədi?

Dedim, onların nəsə problemi çıxdı. Toy ləngiyəsi oldu. Mən ordan gedəndə müğənni yenə arxadan məni çağırdı:

- İlqar, gözləyəcəm a. Dostuna denən ki, mən verdiyim sözü tutan adamam. Ürəyini buz kimi saxlasın. Nə vaxt xəbər eləsə mən hazır. Həmin vaxta başqa kimin toy düşsə, "otmenit" edin onun toyunu oxuyacam...

- Sağ ol deyib çıxdım... Düzü bir az da pərt olmuşdum. Sonralar həmin müğənni ilə dəfələrlə rastlaşdım. Hər dəfəsində də o hadisəni xatırladım.

Həmin müğənni laçınlı balası Məhəbbət Kazımov idi...

# 6616 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #