1. "Hamlet"i rus dilinə ilk dəfə yazıçı Aleksandr Sumarokov cevirmişdi və ona "Omlet, Danimarka şahzadəsi" adı vermişdi.
2. Əgər siz detektiv əsərlərin oxunmasını faydasız məşğuliyyət hesab edirsinizsə - Aqata Kristinin "Ağ at villası" povesti əksini sübut edə bilər. Povestdə göstərilən təhlükəli tallium zəhərinin təsviri bir neçə dəfə insan həyatı xilas edib. 1977-ci ildə London xəstəxanalarından birinə müəmmalı xəstəliklə balaca qız gətirilir. Bu kitabı oxumuş tibb bacısı anlayır ki, həmin zəhərlənmənin tipik əlamətidir və qızı asanlıqla xilas edirlər.
3. "Farengeyt üzrə 451 dərəcə" romanının adı ona görə seçilmişdi ki, guya bu temperaturda kağız öz-özünə alışır. Əslində isə kağız 450 dərəcədən bir az yuxarı temperaturda öz-özünə yanır. Bredberinin etirafına görə, səhv onda olmuşdu ki, adın seçimi zamanı məsləhətləşdiyi yanğın xidməti mütəxəssisi, temperatur cədvəllərini səhv salıb.
4. Corc Ourellın "1984" romanında dəfələrlə diqqətə çatdırdığı "İki dəfə iki beşə bərabərdir" formulu onun ağlına sovetlərin məşhur "Beşillik - dörd ildə!" şuarını eşitdikdən sonra gəlib.
5. 1965-ci ildə Dj.R.Tolkinin "Hobbit"i ilk dəfə yumşaq cilddə ABŞ-da nəşr edilir. İllüstrator Barbara Reminqton mətni oxumamışdı və nəticədə kitabın üz qabığında şir, iki emu dəvəquşu və çəhrayı soğanaqlı meyvələri olan anlaşılmaz ağaclar yarandı.
6. Lev Tolstoy "Hərb və sülh" romanına çox skeptik yanaşırdı. 1871-ci ilin yanvarında o Afanasi Fetə məktub göndərdi: "Mən necə də xoşbəxtəm ki, bir də heç vaxt "Hərb və sülh" kimi uzun-uzadı cəfəngiyat yazmayacam".
7. XIX əsrdə aktrisalar "Mən ədəbli qadınam və pornoqrafik səhnələrdə oynamıram!" - sözləriylə "Ağıldan bəla"da Sofiyanı oynamaqdan imtina edirdilər. Onlar Sofiyayla Molcalinin gecə sohbətini ədəbsiz hesab edirdilər.
8. Coan Roulinq birinci kitabı olan "Harri Potter və fəlsəfə daşı"nı 1995-ci ildə bitirdi. Onu təmsil etməyə razılaşan ədəbiyyat məsləhətçisi əlyazmanı 12 nəşriyyata yolladı, amma hər yerdə onu rədd etdilər. Yalnız bir il sonra əlyazma kiçik London nəşriyyatı olan Bloomsbury tərəfindən qəbul edildi. Hərçənd, onun baş redaktoru kitabın təsdiqindən sonra da əmin idi ki, Roulinq uşaq kitablarından çox qazanmayacaq və ona daimi iş tapmağı məsləhət görmüşdü.
9. Viktor Hüqo 1862-ci ildə, məzuniyyətdə olarkən, yenicə dərc edilmiş "Səfillər" romanına oxucuların reaksiyasını öyrənmək üçün öz naşirinə bir simvoldan ibarət teleqram göndərir: "?". Naşirin də cavabı bir işarədən ibarət olur: "!". Ehtimal edilir ki, bu tarixdə ən qısa yazışma idi.
10. Yan Fleminq Yamaykada quşları müşahidə edərkən, Ceyms Bond adlı ornitoloqun kitabıyla tanış olur. Bu ad ona "Casino Royale" romanının qəhrəmanı üçün çox uyğun görünür: qısa, qeyri-romantik və adi. Bu fakt "Die Another Day" filmində də təsvir edilib: Ceyms Bond ornitoloq bəhanəsi ilə Kubaya gəlir, bu zaman həqiqi Ceyms Bondun kitabı da yanında olur.
11. Mark Tven iddia edirdi ki, "Tom Soyerin macəraları" kitabı onun ilk ədəbi əsər idi və əlyazması çap maşında çap edilmişdi. Ancaq tədqiqatçılar iddia edirlər ki, "Missisipidə Həyat" Mark Tvenin birinci ədəbi əsəridir.
12. "Min bir gecə" nağıllarında Ələddin əvvəlcə çinli idi.
13. Ceyn Osten 21 yaşı tamam olduqda "Pride and Prejudice" romanının üstündə çalışmağa başladı. Naşirlər əlyazmanı çap etməyi rədd etdilər və o, 15 ildən çox rəfdə qaldı. Yalnız 1811-ci ildə çap olunmuş "Sense and Sensibility" romanının müvəffəqiyyətindən sonra Ceyn Osten nəhayət ki, öz birinci kitabını dərc etdirə bilir.
14. Edqar Ponun "Artur Qordon Pimin macəraları haqqında povest" hekayəsində (1838-ci il) belə bir epizod var: gəmi fırtınaya düşür və dörd dənizçi salda xilas olur. Qidaları olmadığı üçün onlar püşk ataraq yoldaşlardan birini yeməyə qərar verirlər və bu qurban Riçard Parker olur. 1884-cü ildə həqiqi yaxta batır və dörd insan bir qayıqda sağ qalır. Çətin ki, onlar bu hekayəni oxumuşdular, amma nəticədə onlar Riçard Parker adlı yunqanı yeyirlər.
15. Böyük Britaniyada indiyədək ən çox satılan - "Bozun 50 çaları" kitabıdır.
Gülnaz