Qadınlar güzgüyə baxar, kişilər qadınlara...

Qadınlar güzgüyə baxar, kişilər qadınlara...
25 dekabr 2012
# 10:49

Bu yazımı gülüşə həsr edəcəkdim... Daha dəqiqi, gülüşün ədəbiyyatdakı və həyatdakı misilsiz roluna! Sizə deyim xeyli maraqlı mövzudur. Söz verirəm, yeni ilin ilk həftələrində belə bir maraqlı yazı ilə görüşünüzə gələcəyəm. Monitorun qarşısında baş-başa verib istehza və sarkazmdan doğan gülüşün, eyni zamanda absurd gülüşün dəyərini müzakirə edəcəyik...

Bəli, gülüşdən yazmalı idim, ancaq klaviaturanın qarşısına oturanda yadıma istedadlı yazar Nərmin Kamalın nə vaxtsa qələmə aldığı balaca bir pritça düşdü. Məzmunu təxminən belə idi: müəllif Avropada xanımların iştirakı ilə keçirilən mötəbər bir elmi simpoziuma qatılır. Salonun sol tərəfki divarı nəhəng güzgüdən ibarətdir. Bəşəriyyətin tale yüklü məsələlərini müzakirə edən alim xanımların bir gözü güzgüdədir. İllah, necə göründükləri düşündürür onları. Fikirlərini mövzuya cəm edə bilmirlər.

Müəllif bu yerdə öz həmcinslərinin ən intim sirrini açaraq belə bir qənaətə gəlir: bəlkə də xanımlar məhz buna görə dünyanın idarə olunması məsələsində kişilərə uduzurlar! Hakimiyyəti əldən verirlər! Yəni güzgüyə, gözəl görünmək ehtirasına uduzurlar əslində. Bəli, gözəl olmaqdan daha çox, gözəl görünmək!

Bəs bu etirafın qarşısında biz nə düşünürük, əcəba?!

Gəlin həmin salonda şıq geyinmiş alim kişilər də təsəvvür edək. Onların da bir gözü güzgünü vərəvürd edən xanımların üstündə olmayacaqmı? Olacaq təbii!

Bu səbəbdən düşünmək olar ki, elə kişilər də tale yüklü məsələlər barədə düşünərkən ciddi bir işə yaramayacaqlar! Mən, lap rəyasət heyətində otursun, gözünün və diqqətinin ən azı yüzdə otuzu ilə salondakı gözəl xanımları “seçib-sonalamayan” normal bir kişi təsəvvür etmirəm. Bəlkə elə buna görə dünya hələ də gedib bir yana çıxmayıb?!

***

2012-ci il mənim ilim idi. Əjdaha!

Di gəl, ciddiyə alınası xoş bir xatirə qalmadı bu ildən mənə...

Əjdaha kimi üstümdən sürünüb keçdi.

Ancaq, bayramqabağı belə ağır mövzulardan söz açmaq istəməzdim.

Yeni ilinizi qutlayıram indidən!

Sizə gülüş, gözəllik və sevgi arzulayıram!

Gəlin etiraf edək ki, dünyanı bir tərəfə çıxarsa, elə gülüş, gözəllik və sevgi çıxaracaq... Nəinki ağır-ağır simpoziumlar!

# 4779 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #