Baxmadığımız kino haqqı…

Baxmadığımız kino haqqı…
2 avqust 2019
# 14:21

Azərbaycanda ilk dəfə çəkilən kinokadrlar fransız fotoqrafı Aleksandr Mişon Bibi Heybət və Balaxanıda neft yanğınını, neft fontanlarını lentə aldığıdır. İlk olaraq bu xroniki kadrların adı xatırlanır.

Amma ad gününü qeyd etdiyimiz Milli Kinonun tarixi bu kadrların çəkilmə tarixindən deyil, “İlişdin” adlandırılmış bədii qısametrajlı komediyanın kinoteatrda göstərilmə tarixindən hesablanır - Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.

Yəni, kino o zaman kino sayılır ki, ona tamaşaçı baxsın.

Milli kinonun əsasını qoyan ilk xroniki süjetlərdən, ilk kadrlardan neftin içində o insanları görürdük. Neftə bulanmış, ora bura qaçan insanlar. Zatən kinonun işi İnsanı görmək idi. Bu filmlərdəki kimi neft iyi, rəngi içində görünməz olan o yaradılışı görmək, sezmək, duymaq və göstərməkdi.

Mişon fransız da olsa, neft bizim neft, Bakı bizim Bakı idi. Və ən əsası Bakıda ilk bədii film neft sənayeçilərinin pulu ilə çəkildi: “Neft və milyonlar səltənətində”.

Milli kinonun yarandığı illərdən gətirilən bu 3 fakt-sitat əslində çox vacib məsələləri diqqətimizə çatdırır. Bu, az qala Milli Kino üçün milli inkişaf konsepsiyasıdır, kino tarixindən 3 dərsdir:

- Kino tamaşaçıya göstəriləndə kino olur.

- Kino insanı görməyi bacarmalıdır - lap mazutun içində görünməz olsa da.

- Neftdə kinonun payı var, çünki kino da neft kimi milli sərvətdir.

İqtisadiyyatının böyük hissəsi neftlə bağlı olan ölkədə zəhmətkeş sakinlərin kino görmək haqqı var. Ki, tək kino zəhmətkeşlərinə deyil, fəhlədən memara, dərzidən alimə qədər ölkənin bütün zəhmətkeşlərinə deyək: Kino bayramınız mübarək!

# 2487 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #