Homoseksuallara yazığınız gəlməsin!

Homoseksuallara yazığınız gəlməsin!
14 may 2019
# 13:01

Tanınmış filosof Müşfiq Şükürovun statusu aləmi bir-birinə qatdı. Statusa diqqət:

“Bayaq bir nəfər homoseksuallara münasibətimi soruşdu. Dedim ki, onlara yazığım gəlir. Cavabında müsahibim onların da mənə yazıqları gəldiyini və homeseksuallığın təbii olduğunu bildirdi. Dedim ki, bu münasibətlər təbii olsa, onlar doğarlar. Yəni bu münasibətlərin təbiiliyindən söhbət gedə bilməz. Lakin hörmətli müsahibim homoseksuallığın heyvanlar arasında da müşahidə edildiyi arqumenti ilə məsələnin təbiiliyini sübut etməyə çalışdı. Bəli, erkək heyvanlarda da homoseksual münasibətlər olur, dişi çatışmazlığı olanda. Bəlli ki, bir çox heyvan növlərində güclü erkəklər özlərinə "hərəmxana" yaradır və digər gənc erkəklər şanssızlaşır və alfa erkəyin qocalmasını, ovda yaralanmasını və s. gözləməli olurlar. Əlacsızlıqdan yaranır bu sapıq münasibətlər. Partnyor tapa bilməyən itlərin həyətdəki köhnə çamadanla belə seksual münasibətə girdiyini müşahidə etmişəm. Və hətta heyvanlar üçün belə bu, təbii, normal deyildir”.

Filosofun ilin-günün bu vaxtı belə bir həssas mövzuya toxunmağı maraqlıdır. Onun yanaşması məndə qəribə hislər oyatdı.

Deyir, homoseksuallara yazığım gəlir və onları heyvanla müqayisə edir. Kiməsə acımaq və bunu açıq şəkildə büruzə vermək təhlükəli tendensiyadır. Hardasa oxumuşdum ki, mərhəmət insanın arxasındakı vəhşiliyə işarədir.

Müşfiq bəyin bu “mərhəmət”inin altında çox acımasız bir həqiqət dayanır: homoseksualların cəmiyyətdən kənar tutulması, təcrid edilməsi! Axı bir ziyalı niyə belə düşünsün? Dəfələrlə homoseksualların cəmiyyət tərəfindən aqressiv, hətta şiddətli münasibətlərini görmüşük. Yadınıza düşürsə, İsa Şahmarlı kütlənin aqressiv münasibətinə dözə bilməyərək canına qıydı. Arxasınca belə bir cümlə qoyub getdi: “Dünya mənim rənglərimi daşıyacaq gücdə deyil”.

O, sadəcə yaşamaq istəyirdi, amma mentalitetimizə, dinimizə söykənən aqressiv cəmiyyət gənc bir oğlanın sonunu gətirdi. İsa kimi neçə nəfər bəlkə də intihar edib, zorlanıb, öldürülüb… Niyə axı? Biz faşistik? Onların da yaşamaq hüquqları yoxdur? Bəzi dinlər homoları yandırır, ağır şərtlərdə cəzalandırır. Bir din ki, insana bu qədər ağır əzablar verir, mən o dinin humanizminə necə inana bilərəm?

Bizim cəmiyyətin əksəriyyəti geyim tərzində qara rəngə üstünlük verir. Qara rəng alicənablığın, ciddiliyin rəngidir. Ancaq kütlə olaraq bu rəngi hər fəsildə geyinirik. Dünən məhəllə sakiniylə söhbət əsnasında dedim ki, yaşıl rəngdə şalvar almaq istəyirəm. Dedi, qaqa, sən də onlardansan?! Nəyi nəzərdə tutduğunu anladım. O da zarafata saldı.

Aydındır ki, cəmiyyətimiz pozitiv yanaşma tərzinə, fərqli düşüncəyə qarşıdır. Daş dövründən qalma daşlaşmış düşüncələrlə qol-qola gəzirik. Əksəriyyət düşüncə olaraq, hələ də XIX əsrdə yaşayır.

Bir dəfə sinəsi geniş, bənövşəyi rəngli köynək geyinmişdim. Hamının kinayə, aqressiya dolu baxışları məni narahat edirdi. Axşam feysbukda iki gey yazmışdı ki, sizdən xoşum gəlir. Sizinlə görüşmək, dostlaşmaq istəyirik. Mənsə mədəni formada yazdım ki, gey deyiləm, sizə isə heç bir aqressiyam yoxdur. Mənə nə qədər təşəkkür etdilər. Bu təşəkkür onların sevinci idi. Ona görə ki, onları cəmiyyət adam yerinə qoymurdu.

Mən bu yazıda siz insanlara səslənirəm. Homoları sevə bilməzsiniz, aşağılayarsınız, təhqir edərsiniz. Ancaq, unutmayın ki, nə zamansa sizə çox doğma insanlar gey, lezbi ola bilər. Bu dünyanın işini bilmək olmaz. Heç olmasa onlara insan kimi yanaşın. Başa düşün ki, bu, sadəcə cinsi oreantasiyanın fərqliliyidir.

Homoseksual rüşvətxor, harınlamış məmur deyil!

Homoseksual uşaqları öldürmür!

Homoseksual zalım deyil, kiminsə haqqını yemir!

Homoseksual satqın, oğru deyil!

Onları rahat buraxaq.

Öz işimizlə, öz həyatımızla məşğul olaq.

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #