Virtual həzzin gətirdiyi fəlakətlər

Virtual həzzin gətirdiyi fəlakətlər
8 may 2018
# 15:41

Çox qəribə gənclik yaranıb. İnternetin, mobil telefonların insan həyatına birbaşa təsiri nəticəsində restoranların reklam tərifində deyildiyi kimi nəfis tərtibat, heyrətamiz incəlik, gülərüz personal qalmayıb ki, hələ bir xidmət də edə.

Acsan? Zəng vur sifariş ver qapıya gələcək. Gedib "oçered" (növbə) gözləmə çörək üçün.

Darıxırsan? Zəng elə klounundan tutmuş rəqqasəsinə kimi gəlsin. Sanki şah dövrüdür. Sən şah telefon da vəzirdir. Əmr et gəlsin.

Məmləkət də sənindir (kontur vurmusan). Hansısa məlumatı əldə etmək üçün arxivdə eşələnməyə ehtiyac yoxdur. Toza nə üçün batmalısan? Bir-iki, sim-sim açıl! Vəssalam! Bütün xəbərlər, arxivlər önündə açılır. Videosu olanlar da var.

Oturduğun yerdə hər şey ayağına gəlir. Bir gün hər şeydən bezən şah (sən) ayağa qalxıb xalqın içində gəzişmək istəyir. Küçələri gəzib maraq üçün bir işin qulpundan yapışmaq istəyir. Məlum olur ki, internet olmasa heç nə edə bilməyəcək. Depressiya, özünə inamsızlıq... Saraya qayıdan şah intihar barədə düşünür. Budur məlum vəziyyət.

Zadornova bir proqramist məktub göndərir. Məktubda yazır ki, bir dəfə kompüter arxasından qalxıb soyuducuya tərəf getdim. Dəhşət acmışdım. Soyuducuda bir qutu gördüm. Üstündə 76 faiz yazısını görüb yerinə qoydum. Sonradan mənə çatdı ki, bu yükləmə faizi deyil, yağlılığı göstərən yazıdır. Elə bilmişəm yükləmə faizidir. Ona görə, yenidən yağı soyuducuya qoyub kompüter arxasına keçmişəm.

Robotlaşmış cəmiyyəti idarə etmək asandır. İnternetinə virus yatırsan bəsdir. Məhv olacaq.

Keçən dəfə qonaq gələn uşağa deyirəm ki, bayırda it var, gedək onunla oynayaq. Topu ataq, gətirsin. Uşaq nə desə yaxşıdır? O cür oyun var. Topu uzağa atıb xal yığırsan. İt gətirənə kimi xallar hesablanır.

Təsəvvür edin yeni uşağı olanlar üçün kitab çıxıb. Amerikanın hansısa ştatında kitab mağazasından reportaj hazırlamışdılar. Orada baxdım. Kitab sırf gənc ana və ata olmuş insanlar üçündür. Kitabın hər səhifəsi sanki axmaqlar üçün izahdır. 4şəkil verilib. Məsələn: Uşağı bura qoymaq olar. Bir şəkildə uşaq paltaryuyanın içindədir. O birində ütünün yanında. Digərində çarpayıda. Dördüncü şəkildə qəfəsdə. Sonra izah gəlir. Körpə uşağı çarpayıda saxlamaq olar. Hələ kitabın üzündə kompasın əqrəbi kimi bir detal var. Əqrəbi möhkəm fırladırsan. Ana, ya da atanın üstündə dayanır. Hansına düşsə uşağa o baxacaq. Yəni özləri müzakirə edib qərara gələ bilmirlər.

Virtual həzz yaşayan gənclik heç vaxt təbiətdən zövq ala bilməyəcək. O, dağ döşündə bitən bir meyvədən yeyib bəh-bəh deməyəcək. Onlar üçün selfi çəkməkdən aldıqları həzz anonizmlə məşğul olan zaman duyduqları həzlə eynidir.

Teatrda da elədir, musiqi konsertlərində də həmçinin. Üç sosial şəbəkədə öz indiki durumunu göstərmək üçün 50-100 şəkil çəkmək lazımdır. Guya onlar konsertdə musiqi dinləməyə gəlmişdilər.

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #