#

Çingiz Abdullayevin Qarabağ ayıbı

Çingiz Abdullayevin Qarabağ ayıbı
11 sentyabr 2015
# 15:21

Elə adam var ki, öz fiziki qüsurları, başına gələn bədbəxtliklərlə fəxr edir. Sən can yandırdıqca, onun çatışmazlıqların aradan qalxmasına çalışdıqca görürsən ki, yox o bunu istəmir. O, öz fiziki qüsurunu, bədbəxtliyini, özünə qazanc yeri edib, ona göstərilən mərhəmətdən maraqları üçün istifadə edir. Ona qüsuru, bədbəxtliyi sərf edir.

Hərdən mənə elə gəlir ki, biz də bir xalq kimi Qarabağ məsələsinin bitməsini istəmirik. Çünki onu özümüzə qalxan edib yaşamaqla xeyli naqisliklərimizin üstünü örtürük. Hazır qazanc yeridir. Ürəyin istəyən işi elə, kimsə qəbahətini deyəndə cavab ver ki, bizim Qarabağ boyda dərdimiz var. Belə olan təqdirdə kimə sərf edər ki, bu münaqişə bitsin!

Mətləbdən çox uzaqlaşmayaq...

Bir neçə gündür mətbuatda Çingiz Abdullayevin rəhbəri olduğu Azərbaycan PEN-Klubunun Beynəlxalq PEN-Kluba aidiyyatı olmaması barədə məlumatlar yayılır. Hətta saytlardan birində Beynəlxalq PEN-Klub-un mövqeyi də çap olunub: "PEN-Klub Azərbaycan" bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindir.”

Bundan başqa PEN İnternasional-ın mərkəzlərinin adları qeyd olunan rəsmi səhifədə Azərbaycan PEN-Klubun adı yoxdur. Erməni, gürcü mərkəzlərinin adı var, tatar, çeçen, kürd mərkəzlərinin adı var, Azərbaycan mərkəzinin adı yoxdur.

Məsələ ilə bağlı əvvəlcə PEN-Azərbaycanın vitse-prezidenti Natiq Rəsulzadə ilə əlaqə saxladıq. O, “Niyə bizim PEN-in o siyahıdı adı yoxdur?” sualını eşidən kimi dedi ki, Qarabağ məsələsinə görə PEN-İnternasional bizi qəbul eləmir. Vəssalam, bundan başqa heç nə demək istəmədi.

Çingiz Abdullayev isə sübut etməyə çalışdı ki, guya PEN-Azərbaycan 21 ildir fəaliyyətdədir. PEN-İnternasional isə Qarabağ məsələsində Azərbaycanı dəstəkləmədiyi üçün onlarla əlaqəni kəsiblər.

Əlaqəni kəsmisənsə, onları Qarabağ məsələsinə obyektiv yanaşmamaqda ittiham edirsənsə bəs o zaman özünü o “yaramaz” təşkilata urcah da eləmə. Qoy minlərlə titulunun yanında “PEN-Azərbaycanın prezidenti” titulu olmasın. Dünya dağılmaz ki.

Yox, olmaz axı. Gərək sadə camaatı aldatmaq üçün adının yanında min dənə titul olsun. Bəs necə, onsuz olmaz. Hansısa jurnalist bu məsələni tapıb ortaya çıxaranda da onu xain, erməni adlandır, söy, təhqir elə. De ki, bizim Qarabağ boyda dərdimiz var. Onlar Qarabağa görə bizi qəbul eləmirlər...

Qarabağ ingilisə çox lazımdır axı. Necə olur, dünyanın başqa münaqişəli zonalarında PEN-Mərkəzlər açılır, amma Azərbaycana gələndə açılmır. Tutalım, Turkey-PEN də var, Kurdish-PEN də. Heç PEN-in rəhbərliyi bu məsələlərdə tərəf tutmur, amma Qarabağ məsələsində tərəf tutur.

Bir məsələni də qeyd edim. PEN-İnternasionalın vacib prinsiplərindən biri orda irqi, milli, dini ayrı-seçkiliyin olmamasıdır.

Odur ki, Çingiz Abdullayev əgər PEN-İnternasionalla sizin rəhbəri olduğunuz PEN-Azərbaycan arasında nəsə başqa anlaşılmazlıq varsa, onlar da sizi öz nümayəndələri kimi qəbul eləmirlərsə bunu açıq-aşkar deyin. Deyin ki, PEN-Azərbaycan bizim ölkədə yaradılmış yerli təşkilatdır, Ədliyyə Nazirliyində də qeydiyyatdan keçib, bizim Beynəlxalq PEN təşkilatı ilə heç bir əlaqəmiz yoxdur. Biz bu təşkilatı ona alternativ yaratmışıq.

Bu qədər sadə.

Daha Qarabağın, “Qarabağ dərdi”nin arxasında gizlənmək lazım deyil.

...Qarabağdan ayıbdır!

# 1804 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #