Məşədi İbad ən halal personajdır

Məşədi İbad ən halal personajdır
16 aprel 2014
# 14:08

Kulis.az-ın kino peşəkarları arasında keçirdiyi “Ən yaxşı Azərbaycan filmi” sorğusunda “O olmasın, bu olsun” filmi qalib gəldi. Bir az gözlənilməz oldu: adi tamaşaçıların məhz bu filmi sevdiyini təxmin edirdik –amma peşəkarlar...

- Ən yaxşı deyəndə nəyi nəzərdə tutursunuz? -Respondentlərimizdən olan Həmidə Ömərova soruşdu.

- Məsələn bir əcnəbi tanışınıza göstərmək istədiyiniz Azərbaycan filmi - cavab verdim.

Cavab verdim və bir balaca nəfəs dərdim. Axı sorğunun qalibi olan “O olmasın, bu olsun” filmi həqiqətən də kimlik kartı kimi bir şeydir. Buradakı hər personaj, hər kəlmə, hər epizod bizik - qapının deşiyindən baxan yengədən tutmuş, “İntellegent” Həsən bəyə, qulluqçu Sənəmə qədər... Halbuki, filmdə söhbət gənc qızın pulla yaşlı kişiyə satılmasından gedir. Amma az qala hamı Məşədi İbadı sevir. Bəlkə də qızlar seçim etsələr duzsuz Sərvərə yox, koloritli və kolorili, varlı-hallı Məşədiyə ərə gedərlər. Necə ki, film boyu Sənəmin ona naz etməsini, can atmasını görürük.

Niyə gəncliyi, sevgini, cəsarəti, azadlığı simvolizə edən Sərvər bu qədər sönük obrazdır? Niyə filmin “Molla Nəsrəddin”lə bağlı epizodları yamaq kimi görünür? Məşədinin gülüş obyekti seçilməsi, nəinki tamaşaçıların, filmdəki bütün personajların ona gülməsi ədalətsizlikdir. Adam halal yolla pul qazanırmı? Qazanır. Yeri gələndə rüşvət verirmi? Verir. Indi nə olsun ki, halal sayılan yolla Rüstəm bəyin qızını almaq istəyir? Məgər orada hər şey alınıb satılmır? Rzanın təmsil etdiyi mətbuat da, Rüstəmin təmsil etdiyi bəylik də, dostluq da... Hamısı Məşədinin pulları qarşısında aciz deyilmi? Hətta biz də filmə məşədinin Nikolay onluqlarının hesabına gülürük. Halbuki yazıq Məşədi orada ən halal personajdır. Bircə təqsiri odur ki o o birilər kimi yalançı, oğru, ikiüzlü deyil. Yəqin elə bircə bunlara görə ona gülmək olar.

Həm də qadınların arzusudur. İnanıram ki, onun arvadı evdə qapı dalında dustaq saxlayıb, döyməsi” çox qadınlar tərəfindən hələ də birmənalı qarşılanır. Bəlkə də siz “yox bacı, bizim kişinin xasiyyəti ağırdır” deyib lovğa-lovğa gülümsəyən qadınları tanımırsınız. Amma elə bu günlərdə xanəndəmiz Elnarə Abdullayeva efirdən ərin arvadı döyməsinin təbii və təqdir olunası hadisə olduğunu söylədi.

Deməli, Məşədi əsl milli, arzulanan kişi personajıdır. Qapının dalındakı yengəni də sevirik - çünki o da bizim vacib və lazımlı nümayəndəmizdir. Qəzetçi Rzanı da, “İntellegent” Həsəni də tanıyırıq. Qoçu Əsgərlərə rəğbətimiz də onun kimi yerli yerindədir. Bircə Gülnazla Sərvərin kim olduqları, nə istədikləri hələ də aydın deyil. Yeganə sevmədiyimiz “Molla Nəsrəddin”çilərdir: Mirzə Ələkbər Sabirdir, Mirzə Cəlildir... Deməli, film də, filmə münasibət də çox səmimidir. Biz nəkarəyik bu qədər çoxluğun qarşısında duraq və deyək: O olmasın!?

# 4970 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #