Yazıçı olmağın üç şərti

Yazıçı olmağın üç şərti
26 may 2017
# 11:31

Niyə ürəyimiz istəyəni yaza bilmirik?

Niyə dünyaya çıxa bilmirik?

Niyə bizdə alınmır?

Suallar çoxdur.

Mənə görə, Azərbaycan ədəbiyyatının üç vacib problemi var.

Sıralayaq...

1. İstedad

Əslində, ölkəmizin istedad problemi heç vaxt olmayıb. Ənənəvi istilahla desək, torpaq yetirir! Ancaq istedadı reallaşdırmaq üçün lazımı mühitin olmaması çox vaxt bu istedad sahiblərinin toplumda görünməsinə, qiymət almasına imkan vermir. Azərbaycan istedadlarla yox, məhv olmuş istedadlarla doludur. Dolanışıq dərdi gənc şair və yazıçıların axırına çıxır. Bir yandan da ətrafdakı dərd-əzablara dözməyib içkiyə qurşanmaq mərəzi... Vəziyyət ağırdır.

2. İntellekt

İstedadlı adamların içərisində nadir adamlar olur ki, bu mərhələyə adlaya bilir. Elə bir istedadın məhv olması onun bu və ya digər səbəblərdən gəlib intellekt mərhələsinə ulaşa bilməməsinə görədir. Ədəbiyyatda intellekt hər şey deyil, amma çox şeydir. İntellektli adam dərdə-ağrıya da dözüm tapır, onu ədəbi məhsula çevirərək özünü xilas edir. Üstəlik intellektli adamın dolanışıq, yaşayış dərdi çox olmur. Çünki, nə qədər olmasa savadlı, bacarıqlı, zəhmətkeş insanlar daha asan iş tapa bilirlər.

3. Şəxsiyyət

Şəxsiyyət olmasa, bir ədəbiyyat adamının istedadı və intellekti heç nəyə yaramayacaqdır. Heç nəyə yaramaması bir yana, ədəbiyyata ziyan vuracaqdır. Ədəbiyyat mənəviyyatla sıx bağlı məsələ olduğundan burda oyunbazlıq, üzgörənlik, yaltaqlıq çox pis görünür. Kənardan baxanları sözdən iyrəndirir. Ona görə, şəxsiyyəti olmayan istedadlı intellektual çox təhlükəlidir. Belə adamları adətən prinsipsizliyindən, ikili, üçlü standartlarla düşünmələrindən, şəxsi ambisiyaları ədəbiyyatdan uca tutmalarından asanlıqla tanımaq olar.

Bütün dünyada olduğu kimi, bizdə də sabaha daşınacaq, sabaha işıq salacaq ədəbiyyatı istedadı, intellekti və şəxsiyyəti olan insanlar yaradacaqlar.

Necə ki yaradıblar.

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #