Təyyarədə öpmək istədiyim qız

Təyyarədə öpmək istədiyim qız
6 noyabr 2015
# 15:52

Kulis yazıçı Elçin Hüseynbəylinin “Yuxu kimi sevgi” yazısını təqdim edir.

Təyyarə salonuna girən kimi onu görürəm, daha doğrusu, gözlərim onu alır. Bəlkə də məni ona sarı çəkən vurduğu ətrin qoxusuydu. Xoş rayihəsi vardı. Yerimiz də yanaşı... Bu, yalnız xəyallarda belə olur. Amma bu, gerçəklik idi.

Təyyarə hələ qalxmamış o, hiss etsin deyə:

- Gözəl ətirdi, - deyirəm, - heyf adını bilmirəm, yoxsa sevdiklərimə hədiyyə edərdim.

O, guya məni eşitmir, şabalıdı saçlarını qulaqlarının dalına keçirir.

- Xanım da gözəldi, söz yox. Heç mən də pis deyiləm. Subayam, iyirmi beş yaşım var. Özü də yazıçıyam. Heyf ki, kitablarımı alan yoxdu. Taleyə bax e, səhərdən-axşama kimi yazasan, başqaları pul qazana və o puldan beşcə manat qıiyıb sənin kitabına verməyələr.

Onun vecinə də deyil. Əlini atıb qoltuqdan jurnal çıxarır və vərqləməyə başlayır.

- Özü də maşallah oxuyanlarımız çoxdu. Hər şeyi oxuyurlar, bircə mənim kitablarımdan başqa. Məni sevən və anlayan bir qadın olsaydı, ömrümün axırına kimi ona qulluq edərdim. Yazmağın daşını da atardım.

Yenə də susur. Jurnalı vərəqləyir. Hansısa adanın üsütndə dayanır. İstirahət mərkəzinin gözqamaşdırıcı mənzərəsinə baxır.

- Mən bir dəfə orda olmuşam, - deyirəm.

Yenə də “nol vnimaniya”.

Düşünürəm ki, yəqin bizim millətdən deyil. Rus dilinə keçirəm. Amma xeyri yoxdu.

- Çau, amiqo, - deyirəm. Bəlkə ispan, ya elə italyandı.

O isə susur.

Hövsələm daralır, daha dözə bilmirəm.

- Mən sizinləyəm e! - deyirəm.

Gözlərini hərləyib tənbəl-tənbəl mənə baxır:

- Mənimləsiniz?

- Bəli, bəli, məhz sizinlə.

- A, belə de, mən də elə bildim, telefonla danışırsız?

-Təyyarədə nə telefon? - deyirəm.

- Doğrudan e.

- Siz çox gözəlsiniz, bəlkə də sizin o incə və xırda qulaqlarınız mənim bu zığıldamaqlarımı eşitməməlidir.

- Hm...

Özünü müdrik aparır.

- Mən sizə əlimi və ürəyimi verirəm.

- Yəni?

- Yəni mənə ərə gələrsiniz?

- Belə tezliklə? Heç tanış olımamışıq.

- Tanışlıq formal məsələdi. Şərti adlardan da istifadə eləmək olar. Hə nə deyirsiniz?

- Niyə də yox.

- Deməli, biz olduq ər-arvad. Mən daha kişiyəm. Heç yazıçı da deyiləm. Kişiyəm, kişi! İndi mənim öz arvadım və evim olacaq. Düzdü, “obşaqada” yaşayıram. Necə fikirləşirsən, sizdə qalsaq yaxşıdı, yoxsa bizdə.

- Qərarı kişilər verir.

Gördünüz, o da təsdiq elədi. Qərarı kişilər, yəni mən verirəm.

- Mənim adım Elnurdu, sadəcə El.

- Mənim də adım Züleyxadı, sadəcə Zulya.

İndi öpüşmək olar. “Qorka” deyirəm və dodağımı onun dodaqlarına tərəf aparıram, o isə əvəzində mənə əlini uzadır. Əlindən öpürəm və ona sığınıram.

- Ah, sən necə də gözəlsən, şirinsən. Mənim bir dənəm, yeganə təsəllim. Bəsdi, yazmaq qurtardi.

- Niyə ki, sən yaz, səndə yaxşı alınır. Sən romantik və idealistsən.

Təyyarədən enirik. O gözləmədiyim halda mənə deyir. Bəlkə də gözləyirdim, hardan bilim:

- Yaxşı, xudahafis, sizinlə yol yoldaşı olmaq zövqvericidir.

- Siz niyə, biz bayaq evlənmədik!?

- Və ayrıldıq.

-Niyə?

- Təyyarədə evlənməyin axırı bu cür boşanmaq olur.

- Bəs mənim sevgim, mənim ümidlərim...

- Çau...

İstəyirəm soruşam ki, biz bir də görüşə biləcəyik.

- Sabah saat onda...

Gözlərimi açıram. Həyat yoldaşım telefonla kiminləsə danışır, oyandığımı görüb, odboy verir.

- Nədi yenə də sayıqlayırdın, Zulya-mulya. O kimdi?

Key-key baxıram.

- Gözəl ətrdi, - deyirəm, - yaltaqlanıram.

- O tərəfə yat görüm, - arvadım deyir və mənə bir dürtmə ilişdirir...

Həmişə belədi də...

Ən maraqlı yerdə...

Oktyabr 2015

# 2666 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #