Yaxşı müəllim şagirdi döyər

Yaxşı müəllim şagirdi döyər
26 yanvar 2016
# 12:20

Avropada yaşayan bir dostum vardı. Uşağı olandan sonra Bakıya köçdü. Soruşuram ki, camaat uşaq olanda Avropaya köçür balasına güzəran qursun, sən niyə tərsinə edirsən? Deyir, orda uşağa bir şillə vurmaq üstündə dövlət valideyni həbsə atır, uşağı ata-anadan ayırır. Ona görə balalarımı burda böyüdüm, sonra qayıdarıq.

Əslində, bu ibrətamiz əhvalatdan sonra söhbəti yekunlaşdırmaq da olardı. Bu kiçik əhvalatda bizim xislətimiz o qədər aydın şəkildə görünür ki, əlavə şərhə ehtiyac qalmır. Təsəvvür elə, dövlət sənə hər cür şərait yaradır, uşağının hüquqlarını səndən belə qoruyur, sən də balana şillə vura bilmədiyin üçün şikayətlənirsən. Üstəlik, özünə haqq qazandırmağa çalışırsan: “Biz dədə-babadan belə görmüşük, uşağı döyərlər.”

Üç yaşından telefonda Youtube-u açıb özünə cizgi filmi tapan uşağa dədə-baba qaydası ilə təlim-tərbiyə verməyə çalışırıq.

Dünyada uşaq psixologiyası, pedaqogika elmindəki yeniliklər, uşaqlarla davranmağın yeni yolları haqqında biliyə, savada malik deyilik. Valideynlər heç, dərd burasındadır ki, müəllimlərimiz də bu savada yiyələnməyiblər. Bəlkə nə vaxtsa sovet pedaqogikası barədə nəsə öyrəniblər, amma əmin edirəm sizi, indi heç o öyrəndikləri də yadlarında deyil.

Son vaxtlar yayılan videolar da bunu deyir. Müəllimlər sinif otağında şagirdlərlə elə rəftar edirlər ki, elə bil tatami üzərindədirlər. Və sizi inandırıram, o videonu çəkən uşaqlar da bəlkə müəllimi ifşa etmək üçün yox, sonra baxıb məktəb yoldaşları ilə məzələnsinlər deyə çəkiblər. Çünki döyülmə barədə şagirdlərdən münasibət öyrənən müxbirə bir oğlan belə demişdi: “Yaxşı müəllimdi, döyəndə də möhkəm döymür, ya bir dənə çırtma vurur, ya da bir dənə təpik.”

Faciə ondadır ki, bunu norma hesab edirik. Bizə elə gəlir ki, uşağı arada döymək olar. Müəllimlər heç, özümüz də arada uşağı döyməyin tərəfdarıyıq.

Uşağa müəllim şilləsi dəyməsə o savadlı olmaz. Və şüuraltı olaraq bütün uğurlarımızı öz səyimizə, bacarığımıza, müəllimin savadına deyil, onun şilləsinə bağlayırıq. Həqiqətən biabırçılıqdır. İnsanlar dünyada “Valideyn uşağı döyməz, əks təqdirdə dövlət uşağı alar, valideyni həbsə atar” qanunları ilə yaşayırlar, bizsə hələ də onu müzakirə edirik ki, müəllim uşağı döyərmi, bəlkə heç olmazsa bir şillə vura bilər?

Elə bil uşaq ağac-zaddır, balta ilə qorxuzmasan bar verməyəcək.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #