Allahın xəbəri olmayan işlər

Allahın xəbəri olmayan işlər
13 iyun 2015
# 13:05

Kulis tənqidçi Əsəd Cahangirin “Təkrarın mahiyyəti” fəlsəfi essesini təqdim edir.

1. Həyat təkrarsızlqıdadır. Bütün canlılar təkrarsızdır. Nəsə eynən təkrar olunursa, o canlı ola bilməz. Demək, onu Allah yaratmayıb, insan yaradıb. Məsələn, zavod, fabrik məhsulu kimi. İnsan hətta insan da yaradır, amma o da kiminsə eynilə təkrarı olur. Klonlaşdırmanı deyirəm.

2. Allahın yaratmaq qüdrəti o qədər sonsuzdur ki, o bir dəfə yaratdığını ikinci dəfə təkrar etmir. Təkrar olunan şey gözəl deyil, darıxdırıcıdır. Bir dəfə oxuduğumuz kitabı ikinci dəfə oxuyanda ilkin effekti vermir. İkinci oxunuşda ilkin gözəlliyi duymuruq. Allah mütləq gözəldir. Çünki onun təkrarı yoxdur.

3. Atomun quruluşundan tutmuş planetlərə, qalaktikalara qədər heç biri digərini təkrarlamır. Bu təkrarsızlığı yalnız Allahın qüdrəti yarada bilər. Bu insan ağlı və imkanlarının dışındadır.

4. Əgər cəmiyyətdə bir adamın dediyini hamı təkrar edirsə, yəni avtoritar rejimdirsə, demək, bu işdən Allahın xəbəri yoxdur. O eyniyyəti sevmir.

5. Əgər bir cəmiyyətdə müxtəlif millətlər eyni qəlibə salınırsa, yəni qlobalizm, kosmopolitizm siyasəti aparılırsa, demək Allahın bu işdən xəbəri yoxdur.

6. Əgər bir sənətkar başqasının yaratdığını təkrar edirsə, demək Allahın bu işdən xəbəri yoxdur. Demək, Allah o təqlidçiyə istedad verməyib. Demək, o şarlatandır. İstedad təkrarsızlıq, özünəməxsusluq deməkdir.

7. Ən böyük istedad odur ki, nəinki o təkrar etməsin, onun özünü də təkrar edə bilməsinlər. Məsələn, Kafka kimi. Bu mənada Kafka ədəbiyyatın Allahıdır. Çünki təkrar edilməsi mümkün olmayan Allahdır.

8. Mənə elə gəlir ki, başqasını təkrar edən təqlidçi yazıçı sözü təhqir edir, istedadı təhqir edir, Allahı təhqir edir.

9. Təkrar etməyək, tapdalanmış cığılrlarla getməyək, özümüzə məxsusu olaq, Allaha məxsus olaq!

# 2510 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
#
#
# # #