Dantesdən qorxan Qorki...

Dantesdən qorxan Qorki...
28 mart 2014
# 13:19

Bu gün böyük yazıçının doğum günüdür

Heminquey deyirdi ki, kasıblıq yazıçı üçün ən ciddi həyat məktəbdir.

Məncə bu dünyada kasıblıq və zəlalətdən, əzab və kimsəsizlikdən Maksim Qorki qədər mükəmməl dərs alan ikinci bir yazıçı olmayıb. Amansız həyat həqiqətləri birini sındırır, birini alçaldır, o birini məhv edirsə Maksim Qorkini dahi kimi yetişdirdi.

Onun həyatı sanki Tanrının xüsusi nəzarətində keçirdi. Yetimlik, kimsəsizlik, aclıq, yalqızlıq... taa intihar həddinəcən! Tanrı Maksim Qorkini yazıçı etmək üçün əlindən gələni əsirgəmirdi. Tale ona qarşı çox amansız idi. Sanki dəmiri göz yaşı ilə sulaya-sulaya döyüb polada çevirirdi.

Həyat hekayətləri ilə tanış olduqca insanı qəribə bir ümidsizlik bürüyür. Az keçməmiş bu çıxılmazlıqlar içindən güclü bir işıq parlayır!

Onun dərbədər uşaqlığının xarabalıqları altında qiymətsiz bir xəzinə vardı. Maksim Qorkinin bəxti onda gətirdi ki, bu xəzinəni tapıb üzə çıxarmağı bacardı. Dedim axı, ən çətin anda belə Tanrı onu nəzərində saxlayırdı. Peyğəmbər olacaqmış kimi...

Elə kitablar var ki, yazılmaması mümkündür. Hətta bəlkə də lazımdır... Ancaq elə kitablar da var, ən azı, bir İNSANın taleyi, var olma səbəbi, yaşam imkanıdır.

Maksim Qorki qarşısında “izm”lər susur...

Tənqidçilər bütün bildiklərini unudub onun sətirləri arasından gələn insan hənirtisinə qulaq kəsilirlər.

Bu səslər o qədər təbii, o qədər səmimi, o qədər təsirlidir ki, bütün zamanlara meydan oxuyur.

O səslər o səsləri eşidib köynəyindən keçirən, sonra əbədiyyətə ötürən insanı – Maksim Qorkini heç vaxt yiyəsiz qoymadı. Puşkini dueldə öldürən Danteslə Avropa otellərinin birində görüşüb söhbət edərkən qoca qatildən qəfil qorxanda da, “Çevenqur” romanına görə Stalindən çəkinib Platonovu güdaza verəndə də...

Qəribəsi nədir: Maksim Qorkinin səmimi-qəlbdən müdafiə etdiyi, onu yoxsulluq və səfalət girdabından dünya şöhrətli insana çevirən nəhəng bir sistem çökdü, ancaq yazıçının əsərlərinə zərrə qədər də kölgə düşmədi. Məncə, Qorkini uşaqlıq yaddaşı xilas etdi. Çünki orada İNSAN vardı və İNSAN dediyin varlıq təkcə həyatda deyil, həm də bədii əsərlərdə çox dəyərlidir. Yetər ki, dəyərləndirə biləsən. Qorki kimi...

# 3698 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #