Qadın xalatındakı erməni

Qadın xalatındakı erməni
18 iyul 2013
# 12:15

İyulun 13-də Rusiyada 18 nəfərin ölümü, təxminən 60 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası qosqoca federasiyanı yasa qərq elədi.

Faciənin mərkəzində 46 yaşlı Ermənistan vətəndaşı Qraçi Artunyan dayanır. Artunyanın idarə etdiyi “KamAZ” sərnişin dolu avtobusa çırpılaraq onu iki hissəyə bölüb.

Hadisədir deyib üstündən sükutla keçmək olardı. O erməni sürücünün yerində bir azərbaycanlı, gürcü, kəsəsi başqa millətin nümayəndəsi də ola bilərdi. Həyatdır, hər şey ola bilər.

Ancaq hadisələrin sürətli inkişafı iki qardaş xalq – ruslar və ermənilər arasında nifaq toxumları səpdi. Səbəb erməni sürücünün məhkəməyə adi dustaqlardan fərqli olaraq qadın xalatında gətirilməsi oldu. Ermənilər Artunyana qadın xalatı geyindirilməsinə “rus şovinizmi” damğası yapışdırır.

Ruslar isə Artunyana nifrət edir. O qatildir... 18 nəfərin həyatına son qoyan Qarabağ veteranı Qraçi Artunyanın öldürdüyü azərbaycanlıların dəqiq statistikası isə bizə məlum deyil. Qarabağda torpağını müdafiə edən neçə-neçə əsgərimizin, neçə-neçə günahsız insanımızın Artunyanın gülləsinə tuş gəldiyi haqda dəqiq bir şey deyə bilmərik. Bildiyimiz tək şey odur ki, bu adamın qatil olduğu indi gün işığına çıxdı. Görəsən qraçikimilər Qarabağı qan gölünə çevirəndə bu nifrət hara qeyb olmuşdu?

Qraçi Artunyan Qarabağ döyüşçüsüdür. Deyilənlərə inansaq, oğlu orduda ölüb və o, oğluna başdaşı düzəltmək üçün gecəsini-gündüzünə qatıb pul toplayırmış. Ağır zəhmətin bəhrəsi isə qazamat oldu. O əmr aldığı Sarkisyan, Ohanyan kimi Ermənistanda kef çəkə bilməyib, Rusiya çöllərinə düşüb. Bir növ qaçqın həyatı yaşayıb. Bir milyondan çox azərbaycanlıya “qaçqın” deyə müraciət olunmasında Artunyanın da “əməyi” vardı.

Qraçinin qızı Lilit Arutunyan Facebookda atasına görə prezident Serj Sarkisyana müraciət edib: “Cənab prezident, sənin qarşında hakimiyyət tərəfindən təhqirlərə məruz qalan, səni əllərinin içində saxlayan biri - millətin müdafiəçisi dayanıb. Bu, biabırçılıqdır, sənin üzündür!”. Bəli, Sarkisyanı əlinin içində saxlayan Artunyanın aqibəti çox acınacaqlıdır.

Qarabağ döyüşçüsü Artunyanın oğluna Sarkisyan hökuməti başdaşı qoymur. Budur Sarkisyanın öz insanına verdiyi qiymət. Qanlar axıdıldı, azərbaycanlılar torpaqlarından didərgin salındı ki, Sarkisyan rahatca hakimiyyət olimpinə qalxsın. Qraçi Artunyunların mükafatı isə Rusiyada qaçqın həyatı yaşamaq və nəticədə arvad xalatı geyinmək oldu.

Peşəkar qatil, günahsız insanların qanı üzərində yüksələn məşhur terrorçu Monte Melkonyanın da arvadı şikayətlənir. Arkadi Qukasyanın bahalı maşınlarda şütüməsi ona pis təsir edir. Getdikləri yolun səhv olmasını indi başa düşüblər. Təəssüf...

Məhkəmədə Artunyanın uşaq kimi ağlaması təsirli mənzərə idi. Erməni sürücü uşaq kimi hönkürürdü. Ağlamağa dəyərdi...

Günahsız insanlara silah çəkən, yedikləri qaba tüpürən Robert Köçəryan, Serj Sarkisyan, Sehran Ohanyan da vaxt gələcək məhkəmə qarşısına çıxacaq. Məhkəməyə qadın xalatında və ya hansı formada çıxmaları isə gələcəyin işidir.

# 3901 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #