Şoudan necə xilas olmalı?

Şoudan necə xilas olmalı?
15 sentyabr 2015
# 10:01

Siz də mənim kimi “televziyada şou verilişləri gedir, saytlar şoudan yazır” nidalarını çox eşidirsinizmi?

Bu məsələ haqda səviyyəli-səviyyəsiz, əsaslı-əsassız çoxlu sayda yazı yazılıb.

Televiziya və sayt rəhbərləri deyiblər ki, bəs xalq baxmasa biz də vermərik, xalq da deyir ki, yox, günah sizdədir, intellektual verilişlər, analitik yazılar verin və s. və i. a.

Əslində “Kim haqlıdır” adlı qısır döngədə dolaşmaq istəmirəm.

Bizə şəxsi nümunələr lazımdır. Əslində hər şey çox sadədir.

Rəqsanənin qızının bazarlığı haqda xəbər 50 min dəfə oxunub, narahatsan, o zaman o xəbəri oxuma.

Televiziyada hansısa şou verilişinin çox baxılmasından şikayətçisən? Baxma.

Bu haqda müzakirələrə qoşulma.

O əlli minin içində olma.

O televiziya reytinqinin içində yer alma.

İndi baxırsan ki, yazını 50 min adam oxuyur, elə 50 min adam da bu yazıdan danışır.

Niyə oxuyursunuz o zaman?

Niyə baxırsınız?

Siz baxmayın.

Siz fərdi nümunə göstərin.

Siz fərqli olduğunuzu sübut edin.

Siz yaxşı hesab etdiyiniz yazıları oxuyun, bölüşün, paylaşın.

Siz öz Facebook, Twitter hesabınızda inandığınız dəyərləri yayın, onların kütləyə çatmasına yardımçı olun.

Bir maarif əsgəri, bir işıq həvarisi.

Bayağı məqalələri oxumayın.

Bir şou verilişi gördüyünüzdə kanalı dəyişin, gedin yaxşı bir filmə baxın, dostlarınızla söhbət edin.

Bir kitab açın, vərəqləyin.

Sevgilinizə bir məktub yazın.

Unutmayın ki, o yazını oxuyan 50 min adamın biri də sizsiniz.

O verilişə baxan milyonların, yüz minlərin biri də sizsiniz.

Amma siz orda olmayın.

Siz həqiqətin yanında olun, həqiqətə susayın, onu yayın.

Qədim bir Çin məsəlində deyildiyi kimi

Çun min yaq tit neb sta elasti

Yəni ki, bütün böyük işlər ilk addımdan başlayır.

# 1285 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #