Hamı peyğəmbər ola bilər

Hamı peyğəmbər ola bilər
14 oktyabr 2014
# 12:28

Lap çoxdanın əhvalatıdı bu. Hələ o vaxtlar dünya fırlanmırmış, düzünə gedirmiş. Bizim kənddə bir Həsən dayı varmış. Beşaçılanını tüfəngini alıb çiyninə, düşərmiş meşələrin canına. Ovçuluğa həvəsi olsa da, ömrünün sonuna kimi bir dovşan da vurmayıb.

Hər dəfə həyat yoldaşının qınağına tuş gələn ovçu Həsən bir gün meşədən qayıdanda düşür bazara. Qəssabdan iki kiloqram quzu əti alıb, ceyran əti adı ilə gətirir evə. Həyat yoldaşı da, uşaqları da quzu ətini ceyran əti kimi həzm-rabedən keçirirlər. Hətta, arvadı Sürəyya xala bütün kəndə səs salır ki, bəs, ceyran güllədən sürətli qaçırmış, bir gülləyə sərib yerə Həsənim.

O vaxtlar psixologiya elmi insanlara yad idi. Sonradan öyrəndilər ki, bu adi özünütəlqin imiş. İnsan özünü inandırsa, quzu ətini ceyran əti kimi yeyə bilər.

Orta əsrlərdə fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamısını edam etməyə zaman çatmırdı. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi təbaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. İnsanlar bu tozu içib həqiqətən də ölürdülər. Meyiti incələyəndə məlum olurdu ki, orqanizmində zəhərləyici maddə var! Yəni, beynin təsirindən mədəaltı vəzi lazımı zəhəri ifraz edirmiş.

Almaniyada vərəm dispanserində belə bir şayiə yayıldı ki, bir qrup alim vərəmi sağaldan möcüzəvi dərman hazırlayıblar. Xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90 faizi sağalmağa başladı. Əslində isə heç bir möcüzə həb icad edilməmişdi – onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.

ABŞ. 50-ci illər. 100 nəfər yaşlı insandan ibarət iki qrup yaradıldı. Bir qrupa deyildi ki, sizə xüsusi həblər veriləcək və bu həblər sizdə yüksək əhval-ruhiyyə yaradacaq, enerjinizi artıracaq. Digər qrupa deyildi ki, sizə verilən həblər yuxu gətirəcək, əsəbləriniz sakitləşəcək, halsızlıq yaradacaq. Təxmin etdiyiniz kimi eyni həblər burda da fərqli nəticələr yaratdı. İşin sirri budur ki, insanlara öncədən baş verəcək hadisələrin proyektini təlqin edirlər və insanlar buna uyğun reaksiya verir. Ancaq elə insanlar var ki, bu təcrübəyə tabe olmur.

Bu elmdə Plasebo effekti adlanır. Plasebo effekti – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət effektidir. Boş dərmanların (plasebonun) müalicəvi effektini biz ənənəvi olaraq özünütəlqinlə izah edirik: hər üçüncü pasientə yüngülləşmə gətirir. Aşkar olunub ki, plasebonun müsbət təsirinin gözlənilməsi kimyəvi mexanizm yaradır: beynimiz endorfin (ağrını yatıran və sakitləşdirici effekt daşıyan təbii birləşmə) istehsal edir, nəticədə ağrı həqiqətən də azalır.

Falçılar da belə işləyir, dindarlar da!

Deməli, o vaxt dağ rayonlarının birində bir hoqqabaz kişi kitab düzəldir. Yüz səhifəlik bu kitabın fərqli tərəfi o idi ki, bütün vərəqləri bomboş idi. Bizim bu hoqqabaz camaatı kəndin mərkəzinə yığıb özünü peyğəmbər elan edir, “Kitabın vərəqlərini ancaq bəsirət gözü açıq olanlar oxuya bilər və bu səhifələrdə birbaşa haqqın özü yazılıb“ - deyir. Təbii ki, heç kim inanmır. Zaman-zaman bu hoqqabaz özünü ailəsinə peyğəmbər kimi həzm elətdirir. Hətta uşaqları bu kitabı ağızları sulana-sulana oxuyurlar. Günlərin bir günü kəndə sel gəlir, camaatın mal-qarası tələf olur. Meşəyə gedənlər qayıda bilmir. Bu vaxt başına döndüyüm “peyğəmbər”in böyük oğlu kitabı qoltuğuna vurub çayı, arx keçirmiş kimi keçir. Dalınca da o biri oğlu...

# 4643 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #