Kişili evlərin divarları

Kişili evlərin divarları
27 yanvar 2014
# 17:43

Gülnarə İlham yazır

Kişili evlərin divarları siqaret qoxuyar...

Tüstüsü ciyərlərindən çox həyatını saraldar. Sən uşağını qoynuna sıxıb öz qoxunu ona duyuzdurmaq istəsən də burnuna havadan asılı qalmış siqaret tüstüsü soxular. Boğazını qıcıqlandırar uşağının. Öskürdər boğulana qədər...

Sən yuxunun qalan yerinə balanla davam edib sərsəm sayıqlamaların içində qıvrılmağa başlayarsan. İndi öskürəcək, boğulacaq, tərləyəcək deyə narahatlığın yuxuna zəhər qatar. Beləcə yarıyuxulu səhərin alatoranlığını qarşılayarsan.

Ağız suyu çoxdan qurumuş siqaret kötükləri çıxar qabağına. Tüstülü gecədən yadigar qalan kötüklərin acığını külqabıdan çıxarsan. Yerdəki iyili-qoxulu corabın bir tayını tapanacan qadından başqa hər canlıya bənzəyərsən. Kərtənkələ kimi hər dəlmə -deşiyə soxarsan özünü. Sən hikkəni boğduqca hikkən səni boğmazmı?!

Gecə xısın-xısın yeyilən çörək qırıntıları ayağının altında qalıb əziləndə sən ilan vurmuş kimi dik atlanıb, o çörəyi öpüb gözünə qoyarsan. Hər şeyə lənət oxuyub, çörəyə bismillah deyərsən.

Beləcə, hər gün həyatından qopub düşən bütün əsəbi səhərlərinə davam edərsən...

Belə evlərdə ömür qaraltmaq üçün işıqlaşar havalar....

# 6459 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #