Mənim şəxsi sığınacağım

Mənim şəxsi sığınacağım
25 yanvar 2018
# 11:21

Aliyə

Münasibətlər sistemində zaman-zaman bir məsələ ortaya çıxır: azad məkana iddia. İstər kişi olsun, istər qadın hər hansı münasibət yaşayırsa, bir-birinin həyatına, zamanına və bununla ilk növbədə özünə hörmət etməlidir. Ətrafda bu mövzuda narahatlıq yaşayan tanışlar görürəm və partnyorlarının iddialarının laqeydlikdən qaynaqlanmadığı aşkar nəzərə çarpır. Sevgi həyatı yaşamaq olduqca özəl, individual münasibətlərdir və kimə necə yaşamalı olduğunu öyrətmək axmaqlıq olardı.

Hər hansı münasibətlərə başlamaq tərəflərin bir-birinin zamanına, həyatına istədiyi anda müdaxilə etmək kimi bir imtiyaz verirmi?

Daha doğrusu demək istəyirəm, elə məsələlər var ki, ona hər hansı müdaxiləyə heç bir münasibət haqq vermir. Sevgililər, ər-arvad, ana bala münasibətlərində yaşanan dartışmaların səbəbi burada gizlənib. İnsanlar bu müdaxilələri şəxsiyyətin qiymətləndirilməməsi kimi qəbul edirlər və haqlıdırlar.

Bir sevgilinin (bu sevgili övladına vaxt-bivaxt zəng edən ana da ola bilər) hər kəsdən, hər şeydən önəmli olmaq iddiası gülməlidir, hətta acınacaqlıdır. Deməli ki, siz qarşı tərəfin sizinlə hər hansı bağında özünüzü güclü tərəf kimi görmüsünüz və sözügedən açıq iddialar gücsüzlük qorxusudur.

Laqeydlik qorxusu da ola bilər: Qarşı tərəf laqeydmi mənə əcəba? Amma hətta bu da “nazik qırmızı xətt”i tapdamağa ixtiyar vermir. Normal deyil. Əlbəttə, sevgi hər hansı normallıqla çərçivələnmir. Olur ki, beynində yalnız o nömrə olur, beyin daim onun harada necə ola biləcəyi haqda səhnəciklər uydurur, ətrafda heç bir şey bir məna kəsb etmir.

Olur-olur. Bunda işimiz yox. Amma hər hansı bir status şəxsi məkanı tapdamağa imtiyaz vermir. Bu şəxsi məkan ədəbiyyat da ola bilər, musiqi də, dostla ünsiyyət də, və ya sadəcə öz özünlə tək qalmaq da. Hətta hər kəsin belə şəxsi sığınacağı olmalıdır. Bunu arayıb axtarıb tapmalıdır. Bəlkə də sizi özəl edən bu şəxsi məkandır. Və əgər kimdəsə şəxsi məkan yoxdursa, bu özü də başqasının şəxsi məkanına hücuma haqq vermir. Kişi ya qadın olmasından asılı olmayaraq. Statusundan asılı olmayaraq...

Mən anayam, mən arvadam, mən ərəm, mən bacıyam və s. buraxılış vərəqəsi deyil.

Sevgi hər yerə daxil olmağa icazə verən giriş bileti deyil.

Və onu əlimizdə yox, qəlbimizdə tutmalıyıq...

# 1989 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #