Samiraldonun 471 mini

Samiraldonun 471 mini
18 yanvar 2018
# 10:12

Son illərin ən asan və dəbli ünsiyyət vasitəsi olan internetin yaratdığı imkanlardan yararlanan müasir insan bir barmaq toxunuşu ilə başqası ilə ünsiyyət yarada bilir, onunla yazışmaq, danışmaq imkanı qazanır.

Bu baxımdan məşhur insanlar bir qədər diskomfort yaşayırlar. Sosial şəbəkələrdə onlara xoş sözlər yazıb tərifləyənlər də olur, təhqir edib söyənlər də. Təbii ki, sosial şəbəkələri seçməyib evində rahatca qulağı dinc ömür sürmək də olar. Ancaq nəzərə alsaq ki, indiki zəmanədə kəmiyyət keyfiyyəti qabaqlayır, zövqlər dəyişir, başqalaşır və istənilən məşhur da öz reklamını sosial şəbəkələr vasitəsi ilə qurmağa, tamaşaçının gözü qarşısında farağat dayanmağa məcburdur.

Bu yaxınlarda stilist, vizajist Samiraldonun sosial şəbəkədə bir neçə videosunu izlədim. Bəri başdan deyim ki, Samiroldonun şəxsi həyatı və yaşam tərzi məni qəti şəkildə maraqlandırmır. Lakin, onun keçirdiyi ağır uşaqlıq illərinə, yaşadığı işgəncələrə, qazandığı xəstəliklərə rəğmən itirmədiyi pozitivliyinə mat qalmamaq mümkün deyil.

Samiraldo sosial şəbəkələrdə paylaşdığı videolarında gülür, şən musiqilərin sədası altında oynayır, insanlarla mehriban ünsiyyət qurmağa, onlara müsbət enerji ötürməyə can atır. Maksimum heç kimin xətrinə dəyməməyə çalışır. Hətta onu aşağılayanlara da zarafatyana, xoş atmacalar atır.

Xatırladım ki, hal-hazırda Samiraldonun sosial şəbəkədə 471 min izləyicisi var. Və bu qədər izləyici təbii ki, başqa planetdən gəlməyib. Bunlar hamısı məmləkət insanıdırlar.

İşin ən maraqlı tərəfi isə budur ki, bu adamların xeyli hissəsi məhz onu təhqir etmək üçün adətən yarışa girirlər. Bu insanlara sual verilsə ki, Samiraldonu niyə təhqir edirsiniz, əminəm, onlar məntiqli cavab tapıb verə bilməyəcklər.

İnsanlar öz çətinliklərindən, pulsuzluqlarından, işsizliklərindən, ailələrindəki geçimsizlikdən yaranan gərginliklərini kiminsə üstlünə tökməyə bəhanə gəzirlər. Belə olan halda sosial şəbəkələr xeyli işə yarayır.

Halbuki heç kim anlamaq istəmir ki, nə Samiraldo, nə də bir başqası istəyərəkdən öz həyatını, taleyini seçmir. Əksinə internat, ruhi xəstəxana, məhbuslarla dolu daş karxanasını görən, ac-yalavac küçələri dolaşan, insanlar tərəfindən döyülən Samiraldo cinayətkar, narkoman, oğru yox məhz dərzilik peşəsini seçib.

Bu yazını yaza-yaza Samiraldonun videolarından birinə baxıram. Videonun altında onu meymun adlandıran izləyiciyə Samiraldonun cavabı belədir: “Allah bəşəriyyətdə olan hər şeyi - təbiəti, insanı, heyvanı gözəl yaradıb. Heç vaxtı allahın yaratdığına eybəcər deyə bilmərik. Əgər insan eybəcərdirsə, deməli günah onun özündədir.”

# 2574 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #