#

Oralarda bir məzar var

Oralarda bir məzar var
28 avqust 2015
# 10:53

İlğımlı təpə deyərdik o yerə. Kimsə xəstələnəndə, başına bir qəza gələndə - ilğımlı təpəyə yaxınlaşdım-deyərdi. Uşaqlar dalaşanda biri o birinə zarafatla – səni indi göndərərəm ilğımlı təpəyə-deyə hədə gələrdi. (O vaxt ora hamı öz əcəli ilə gedərdi kimsə kimsəni göndərməzdi)

Orda əzizlərimiz uyuyur. Babalar, nənələr, onların ata-anaları, bacı-qardaşları, bizim qohum-əqrabalarımız. Kiminin ata-anası, kiminin vaxtsız dünyasını dəyişmiş bacısı, ya qardaşı.

İndi o ilğımlı təpə işğal altındadı, bütün Qarabağ torpaqları kimi yağmalanıb. Heç kimin xəbəri yoxdu qansız, yağı düşmən orda hansı murdar əməllər törədib. Çox eşidirik ki, məzarları dağıdıblar, başdaşılarına da tamah salıb aparıblar, amma hamının içində bir inam var ki, mənimkinə toxunmayıblar, mənim yaxınımın məzarı təhqir olunmayıb.

Bu gecə babamı yuxuda gördüm. Gördüm ki, mən 1-ci sinfə gedəndə dünyasını dəyişmiş babam indi rəhmətə gedib. Gördüm ki, 1995-ci ildə itirdiyimiz və Sumqayıt məzarlığında dəfn olunan nənəm də hələ sağmış, babamı birlikdə haqq dünyasına yola salırıq. Nənəm ağlayır, mən də bir daha babamı görməyəcəm deyə fəryad qoparıram.

Sonra onu dəfn eləməyə gedirik. Hamı gedib babamın dəfninə, axıra qalmışam, onlara çatmaq üçün qaçıram və ayaqlarım yerdən üzülür, uçuram havaya. Düşünürəm ki, mən niyə bu qədər yüksəkliyə qalxdım, yerə düşsəm darmadağın olaram, amma ehmalca quş kimi qonuram torpağa.

Babamı tabutda (Niyə tabutda, bilmirəm, hər halda yuxuda belə görürəm) uzun, arxabənzər bir məzara qoyuruq. Oturmuşuq nənəmlə məzarın başında. Birdən elə belə olmalıymış kimi gur su axını gəlir, tabutun qapağı açılır, su axını babamın cəsədini alıb aparır. Nənəm ağlayır, nəsə deyir, amma nə dediyi anlaşılmır. Anladığım odur ki, nənəm nəyə deyir. Bu anda səhər zəngi çalır və mən yuxudan oyanıram.

Oyanırammı? Hələ də çıxmamışam yuxunun aurasından. İşə gələndə yolüstü Bibiheybət məscidinə döndüm, dua oxutdurdum onlar üçün. Buydumu istədikləri? Məncə yox, çünki qəlbim rahatlıq tapmayıb, narahatam, çox narahatam.

İlğımlı təpə deyərdik o yerə. Kimsə xəstələnəndə, başına bir qəza gələndə - ilğımlı təpəyə yaxınlaşdım-deyərdi. Uşaqlar dalaşanda biri o birinə zarafatla – səni indi göndərərəm ilğımlı təpəyə-deyə hədə gələrdi. (O vaxt ora hamı öz əcəli ilə gedərdi kimsə kimsəni göndərməzdi)

Orda əzizlərimiz uyuyur. Babalar, nənələr, onların ata-anaları, bacı-qardaşları, bizim qohum-əqrəbalarımız. Kiminin ata-anası, kiminin vaxtsız dünyasını dəyişmiş bacısı, ya qardaşı.

İndi o ilğımlı təpə işğal altındadı, bütün Qarabağ torpaqları kimi yağmalanıb. Heç kimin xəbəri yoxdu qansız, yağı düşmən orda hansı murdar əməllər törədib. Çox eşidirik ki, məzarları dağıdıblar, başdaşılarına da tamah salıb aparıblar, amma hamının içində bir inam var ki, mənimkinə toxunmayıblar, mənim yaxınımın məzarı təhqir olunmayıb.

# 2237 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #