Günahsız müqəssirlər

Günahsız müqəssirlər
2 oktyabr 2013
# 07:45

Ramilə Qurbanlı

“İnsan təbiətin bir hissəsidir” fikri çox işlənib, amma heç dərinliyinə varmamışıq. Həyat göstərdi ki, təbiətin müxtəlif varlıqları kimi insan düşdüyü mühitə uyğunlaşır, ya da sadəcə təbiətin amansız qanunları qarşısında məhv olur.

Bir dəfə psixiatr Nadir İsmayılovla bu barədə söhbət etdim. Soruşdum ki, doktor, ürəyi geniş, süfrəsi açıq, insan üçün, qonaq-qara üçün özünü fəda verməyə hazır olan, qonaq üçün mənzilində məxsusi otaq ayıran, həyətindən toyuq-cücəsini, hinduşkasını, quzusunu-qoyununu qonağın, xüsusən də şəhərdən gələn qonağın qarşısında kəsən, qonaq gələndə sevindiyi qədər də o, gedərkən kədərlənən Qarabağ camaatı niyə bu qədər dəyişdi, aqressivləşdi, insan sevməz, davakar oldu? İndi bu fikir çoxlarına gülünc görünə bilər, indi qonağa görə heç kim sevinmir, onun gedişinə kədərlənməkdən heç söhbət gedə bilməz, amma biz gözümüzü açıb elə görmüşdük. Qonaq ürəyimizi istəsəydi çıxarıb verməyə hazır idik. Doktor dedi ki, bunda Qarabağ camaatının heç bir təqsiri yoxdur. Onların düşdükləri vəziyyətə kimliyindən asılı olmayaraq düşən hər kəs belə psixoloji durumla üzləşməlidir. Hər şeyini itirib ortalıqda qalan adam necə olmalıdır ki?

Haqlıdır doktor, əlavəsini də özüm eləyim.

Bu insanların hər şeyləri vardı, özü də bu, havadan düşməmişdi onların əllərinə. Düzdür, cənnət məkanda-Qarabağda yaşayırdılar. Torpağa atılan hər toxumdan min bar alırdılar. Sağlam təbiət, bulaq suyu, təmiz mer-meyvə, bir sözlə aldığı qidanın hamısı təmiz olan bu adamlar qəlbən də təbiətlərinə uyğun idilər. Varlarını heç kimdən əsirgəməzdilər, çünki yox nə olduğunu bilmirdilər, hər şey o qədər bol idi ki. Amma Qarabağ camaatı həm də çox işlək, zəhmətsevər insanlardır, onları lap Knut Hamsunun “Torpağın bərəkəti” əsərinin qəhrəmanı kimi səhranı at zəhmətləri ilə cənnətə çevirəcəklər.

Bir dəfə Qəbələdə bir qadın deyinirdi: “Şuşalılar bura gələndə mal-qaramızı otarıb çörək pulu qazanırdılar, indi yerli camaata mal-qaraların da otardırlar, hamımızdan da üstün yaşayırlar”. Soruşdum ki, bacı ev-eşiyiniz talayıb, oğurluqla məşğul olublar? Dedi, yox. Dedim, bəs neynəyiblər? Bildirdi ki, mal-qara saxlayıb artırmaqla varlandılar. Söylədim ki, deməli öz zəhmətləri sayəsində ağ günə çıxıblar də: “O torpaqlardan, çəmənlərdən ki, siz lazımınca istifadə edə bilmirsiniz onlar istifadə edib sizə də nümunə göstəriblər, düzdür?” Dedi, hə, haqlısan, elədir.

Birdən-birə hər şey əllərindən çıxdı, elə amansız tale ilə üzbəüz qaldılar ki, insanlar hər şeyləri kimi insanlıqlarını da itirdilər. Çünki bir vaxtlar süfrələrinin başında oturan şəhərli qohumları belə onlara qucaq açmadı, əksinə qapıların bərk-bərk bağlayıb çəkildilər evlərinə. Çörəyin bahalaşmasından tutmuş, ev ala bilməyənə qədər hər kəs qaçqını günahlandırdı. Bəs, qaçqının qaçqın olmağının səbəbi nədir, bunu isə düşünən olmadı. Əslində bütün bu səbəblər eyni mətləbə bağlıdır, sadə insana yalnız əzab çəkmək qalır, bunu anlayıb bir-birinə həyan olmaq lazım idi, günahlandırmaq yox.

Geniş həyət – bacasını itirib dar yataqxana, xəstəxana, pansionat divarları arasında məskunlaşdılar, torpaqdan qopmuşdular, ayaqları yerə bağlı deyildi, havadan asılı qalmışdılar, əslində bu günə qədər də elədir. 20 ildir insanlar öz təbiətlərindən ayrı düşüblər, xarakterin dəyişməməyi mümkünmü? Şəraitsiz yerlərdə, ümumi yaşayış məkanlarında başqa necə yaşamaq olardı? O adamlar hələ Bakıda onların gəlişindən sonra tikilən və villa adlandırılan evlərindən olmuşdular. Təbii, yaşadıqları mühit onları əzib, döyüb, ya özünə bənzətməlidir, ya məhv eləməli. Belə məhv olanlar az olmadı, olmaqda olanlar da var, uyğunlaşanlar da. Əlacsız uyğunlaşanlar...

Nişanlısı Qarabağ döyüşçüsünü atdı

Qızılgül ömrü

Cəbrayıldan gələn son qatar

Cəbrayılın son günü

Üç qız, gecə döyülən qapı

Gənc veteranın iztirabları

Kəndə tək gedən qızın başına gələnlər

Oğlanların yataqxanasına getmək ayıb sayılırdı

Havada qeydiyyatdayam

Ata əsirlikdə erməni bayrağına tüpürmüşdü, oğlu məscid partlatdı

Süpürgəçi müəllim

Daş körpünün göz yaşları

# 5052 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #