Saytlarda dilxoşluq

Saytlarda dilxoşluq
30 yanvar 2016
# 09:00

Milli telekanalın “Mənim Stilim” yarışmasındakı iştirakçıları lap elə onların ailəsini də bircə-bircə bu ağ kağıza qoyub qınamaq, hətta danlamaq da olar, amma bununla hamı əlinə kitab alıb mərifət sahibi olası deyil.

Amma o qızları ora çıxaranları, o verilişi hazırlayanları və o verilişə göz yumub, öz işini gördüyünə görə saytları sorğu-sual edən MTRŞ-ı və MŞ-ı sorğulamaq olar. Cavab verib-verməməyindən asılı olmayaraq. Elə-belə.

YUĞ teatrı binasından köçürüldü. Tarixi binanın sökülməsinə yazarların münasibət bildirməsi, mətbuatın bunu diqqətdə saxlaması çox yaxşı, sevindirici haldır. Bəlkə bu yazıların müəyyən bir effekti də oldu - nə bilmək olar, teatrı nə gözləyə bilərdi?

Amma bu yarı etiraz yarı giley, yarı narahatlıq olan yazılarla birgə bir neçə sual cavabsız qaldı. Teatrın binası söküləcək, bəs o tarixi binanın yerində nə kimi əhəmiyyətli tikili olacaq? Ümumiyyətlə, şəhərin Şəhərsalma və Arxitektura Komitəsinin Bakının baş planında hansı prinsiplər var və ya qorunacaq?

Hətta Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbələrindən geniş açıqlama olmadı. Teatrla bağlı nazirliyin planı nədir? Ona yeni bina veriləcəkmi?

Ümumiyyətlə, nazirliyin teatr siyasəti ilə indiyədək hər hansı bir müsahibə ala bilməmişəm, oxuduğum da yadıma gəlmir. Halbuki, yeridir. Böhran ilində mədəniyyət siyasəti necə qurulacaq, prioritetlər nələrdir? Böhran oldu olmadı, il-on iki ay böhran yaşayan sənət adamları böhranda hansı kitabı oxumalıdır?

Sual çoxdur, amma qurumların bu qədər qapalı olması da yaxşı mənzərə deyil.

Sənət adamları bu qədər politkorrekt ikən, dövlət görəvliləri diplomatik cavablar verə bilməyəcəkmi?

Elədirsə, bu başdan köşəni geri götürüm. Nə lazım sual vermək, sizi də, özümüzü də işə salırıq. Eləcə saytlarda söhbətlər açaq, gileylənək, danışaq, arabir də xəbərlər oxuyub həyəcanlanaq.

Dilxoşluq yaxşı şeydi...

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #