Mahirin 43-nə....

Mahirin 43-nə....
23 dekabr 2013
# 13:11

Çoxdan yazmaq istəsəm də alınmamışdı. Bir az utanmışdım. Amma yaşanan şeylər şəxsiyyət və mənliyini aşağılamayıbsa utanmaya gərək yox məncə. Uzun illər qonorar və maaş almırdıq. Çünki maaşımızdan könüllü imtina edib "Azadlıq" qəzetini çapının dayanmamağı üçün kağız alınmasına razılaşmışdıq. Yadımdadır ki, o zamanlar mənim kimi həmkarlarımın çoxu maddi sıxıntılar keçirirdi. Amma mənim bir fərqim vardı. Bakıda kirayə yaşayırdım. Atamın səhhətində problem, bacılarım yaşca kiçik idi. Təhsil alırdılar. İkisi ali, biri orta məktəbdə. Üstümdə ailənin böyük övladı kimi böyük məsuliyyət düşürdü, bütün mənalarda. Qız övladı olsam belə o yükü sevə-sevə çəkirdim. Bəlkə də nə fəxr etdiyim işi idi bu. Amma nazik qəhvəyi rəngdə bir pencəklə gəlirdim işə. Həmin ilin qızı çox sərt idi. O nazik pencəklə uzun müddət Xaqani-33 də yerləşən redaksiyada sobaların birinə qısılıb qızınır, sonra yenə işə başlayırdım.

O, bizim redaktorlarımızdan biri idi. Hər dəfə də mən sobada qızınanda "nənə düzələjək" deyib gedirdi. Bir gün gəldi ki, düzəldi. "Azadlıq"ın mənimlə çalışan heyətinin yadında qalmış olar bəlkə. Biz bəzi sualları üz jestlərimizlə verirdik bir-birimizə. Qaşlarımı düyünləyib başımı silkələdim. Bu "nəə?" demək idi. Sonra gördüm ki, maliyyə məsələləri üzrə redaktor müavini Zöhrab gəldi. Mənə hamıdan fərqli qonorar gətirmişdi.

Pulu əlimə alıb mən başqa şeylər düşünürdüm. Gördüm gəldi ki, nənə gedək.

Yenə eyni baxışla üzünə baxdım. Dedi ki, aeroporta, yarmarkaya gedək. Açığı onda bir az hirsləndim belə ərklə danışmasına. Amma sonra yadımda o sayəsində ilk dəfə isti palto və çəkmə aldığım biri kimi qaldı. O, Mahir idi. Bizim Mahir Mehdi. İndi 43 yaşı olur. Həmin gündən isə 19 il keçir. Biz yenə bir yerdə çalışırıq. Ondan çox özümə bir arzum var istəyirəm 67 il sonra da bir xatirə yazım, Mahir Mehdinin 110 yaşına...

# 2741 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #