Biz necə sevirik?

Biz necə sevirik?
14 fevral 2018
# 15:08

Aliyə

Dünən sevgililər günü ərəfəsində professor Rəhman Bədəlovun və Vəfa Rüstəmin iştirakı ilə “Sevgi? Bizdə? Qadağandır!” adlı söhbət müzakirəsində oldum.

Ortaya olduqca maraqlı suallar çıxdı.

Bir neçəsini Rəhman müəllim verdi:

Bizdə duyğular mədəniyyəti hansı səviyyədədir? Kişi-qadın münasibətləri ən dərin qatlarla hansı sənət əsərində işlənib? Sevgiyə maneə konflikti deyil, iki tərəfin münasibətindəki ziddiyyətlər, gözlənilməzliklər, bu münasibətlərin cənnəti, cəhənnəmi təsvir olunan film varmı?

Nuri Bilgənin “İqlimlər”, Orxan Pamukun “Məsumiyyət muzeyi” kimi kişi və qadın münasibətlərinin incəliklərindən bəhs edən hansı əsərimiz var? Və əgər yoxdursa, bu nədən irəli gəlir?

Düşündük, axtardıq, klassik ədəbiyyatın böyük bir hissəsi lirika olduğu halda, sevgidən bunca yazıldığı halda bu münasibətlərin dərinliyi və mürəkkəbliyi olan bir misal ağlımıza gəlmədi. Şeirlər təbii ki, bir tərəfin hiss və yaşantılarını təqdim edir. Bəs romanlar? Filmlər? “Gün keçdi”, “Təhminə və Zaur”, “Mahmud və Məryəm” haradasa “Ölsəm, bağışla”... Bəs sonra?

Antonioninin “Gecə”, Fassbinderin “Meri Braunun evliliyi”, “Qorxu ruhu yeyir”, Trierin “Dalğaları yararkən”, Von Kar Vayın “Sevgi əhvalı”, Karlos Reyqadasın “Lal işıq” Enyedinin “Bədən və ruh” filmindəki və onlarla başqa nümunələrdəki qədər ziddiyyətli, dərin, çoxqatlı münasibətlər yaşamırıqmı ki, ondan yazıla və ya film çəkilə?

Sevgi imitasiyası deyil, əsl hisslər. Anna Karenina yoxmu, yoxsa var, onu biz tanımırıq?

Xeyli söhbətlər etdik. Maskulin cəmiyyət, münasibətlərdəki trafaretlər, qeyri-azad sosial mühit kimi onlarla amillər sadaladıq.

Bir sual da buradan çıxdı:

Bəs redaktorlara əlverişli başlıqlar verən dəhşətli intihar, qətl, evdən qaçış xəbərləri necə meydana çıxır?

Rəhman müəllim düşüncə produktivliyində vacib olan bir qaydanı dedi:

“Bizə cavabdan çox suallar lazımdı...”

Onda iştirakçılardan biri sual verdi:

Sonuncu dəfə nə zaman bütün varlığınızla hiss etdiyiniz, vücudunuzu titrədəcək qədər həqiqi bir ruhi kontakt yaşadınız? Fərq etməz kiminlə. Amma nə zaman?

# 2644 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #