Susar qafil sürüsü

Susar qafil sürüsü
11 iyul 2016
# 10:32

Kulis.Az şair-yazıçı Zahid Sarıtorpağın şair Etimad Başkeçidə həsr etdiyi “Susar qafil sürüsü...” yazısını təqdim edir.

“Bir ömür yetərmola...” “Yolların yedəyində pələsəng” bir ömür... Bir halda ki, bu “hərif... xam atın quyruğuna bağlanmış tərsa kimidi...” Yetərmola görən?.. Yollar çəkdikcə çəkər... Yolların gücü bizə çatar elə – çəkər, çəkər... tozlu ciyərlərinə çəkər bizi... yolların tozlu udlağında itən itər, yetən yetər...

Bəs bizim gücümüz nəyə çatar? İynənin gözündən keçmək üçün necə incəldiyimizə, incəlib necə heçə döndüyümüzə baxar qafil sürüsü... Belə də gücümüz nəyə çatar bəs?... Can taqətsiz olsa da, ruh yiyəsiz olmaz axı... Bəs kim saxlayar bizi? Hamısı bir ağızdan: “Allah saxlasın...” – deyər. “Ha desinlər...” “Allah saxlamaz olsa...” onda necə bəs? Bir damcı ah düşərmi cadar-cadar olmuş diləklərimizə? Qalxar qafil sürüsü Musadan üzü bəri əsanın sorağında yürüyər səhralara... “Yeddi yolun ayrıcı” da qurtuluş deyil heç – ilan nə, falan nə? Bu yolda ölən kim, dirilən kim... “rəng verib, rəng alan kim...” Bir şüa keçər... ağ əbaya ilişən bir şüa... Amma “baxtına ilişməz” umduğumuzun... Ah, sən ey qəvi yolçu, de, biz eyni yoldayıqmı?.. O nədi əlində bəs? Əlindəki ələmmi? – “yasdan düyünə kimi...” nədi o əlindəki? – dayanıb rəqs edirlər, rəqs eləyirlər indi, bax eləcə gəlirlər “düyündən yasa kimi...” nədi o elə?.. Yox, yaxşısı budu... oxu... oxu:

Etimad Başkeçid

bir ömür yetərmola yahu kim söylər ona

ələyi ələnmişdən bizim ulusa kimi

yolların yedəyində pələsəng olmuş hərif

xam atın quyruğuna bağlanmış tərsa kimi

Allah saxlamaz olsa ha de Allah saxlasın

vecsiz qara gününə bir damcı ah saxlasın

zalım min bir tədbirnən sağ-sol cinah saxlasın

Musa ilan gəzdirir əlində əsa kimi

dedik deməmiş olaq bizləri eşidən kim

yeddi yolun ayrıcı baxtıma ilişən kim

rəng alıb rəng verən kim haldan hala düşən kim

yasdan düyünə kimi düyündən yasa kimi

# 1006 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #