Çörək və söz

Çörək və söz
30 dekabr 2012
# 12:07

İlin son yazısını, etiraf edim, nədənsə candərdi yazıram. Bu il mənimlə heç yönləşmədi, xəstəliklə kürəyimi yerə vurdu... Amma yenə özümdə təpər tapıb bir kitab nəşr etdirə bildim. Yazmaq istədiklərimi təbii ki, yaza bilmədim. Amma özüm üçün uğurlu hesab elədiyim yazılarım da oldu. Növbəti ildə səhhət imkan versə, bütün gücümü yaradıcılığa sərf etmək istəyirəm. Ya qismət!..

Sovet illərində yeni il öncəsi süni potetika tüğyan edirdi. Şairlər ilham atını dördnala çapırdılar. Yadımdadır, səksəninci illərin əvvəllərində “Kommunist” qəzetinin qırmızı rəngdə çıxmış yeni il nömrəsində (o zaman bayramlarda qəzetlər qırmızı rəngdə çıxardı -K. H) Süleyman Rüstəmin “İl ildən gözəl gəlir” adlı şeiri çap olunmuşdu. Bizim də qənddandan qənd oğurlayan vaxtımız idi, elə bilirdik ki, doğurdan da hər gələn yeni il əvvəlki ildən gözəl olur. Bizim nəsil qırmızı yalanlarla böyüdü, amma öz həqiqətini tapdı. Bizim nəsil öz azadlığını bu yalanların kökünü qazmaqla qazandı.

İndi bizim içimizdən başlanan yol növbəti ilə adlayır. Biz arzularımızı, niyyətlərimizi, ümidlərimizi də özümüzlə birgə yeni, növbəti ilə daşıyırıq. Güman edirik ki, növbəti ildə arzularımız gerçəkləşər, niyyətlərimiz həyata keçər, ümidlərimiz doğrular...

Nəyimiz də olmasa, ümiddən kasadlıq çəkmədik. Ümid də arada öləziməkdə olan arzularımızı üfürməklə bizə təsəlli verməyindən qalmadı. Amma anası ölmüş ümidin cibi həmişə boş oldu... Əllərimiz cibimizə yük olanda ümid öz boş ciblərini çevirib qol-qanadımızı qırmadı. Həmişə inandıq ki, ümidin cibindən mütləq bizim çin olmuş arzumuz çıxacaq...

Beləcə, yaşadıq və hələ də yaşayırıq. Ömür yarıdan keçib, hələ də ümidin cibinə göz dikmişik...

Mənim yeganə çin olmuş arzum qadasın aldığım Sözdü. Söz məni bəd ayaqda heç vaxt naümid qoymadı. Çörəyimiz olmayanda da sözü yavanlıq edib günü günə calaq elədik. Söz bəzən çörəyi də əvəz edir.

Sözü çörək ağacına çevirəndə bəzən ac qala bilərsən. Söz təmənnalı sevgini heç sevməz. Ona sevgin sonsuzdusa, ümidin də bol olacaq, elə çörəyin də...

# 2460 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #