Sevdiyimiz və nifrət etdiyimiz Seymur Baycan

Sevdiyimiz və nifrət etdiyimiz Seymur Baycan
22 aprel 2019
# 18:22

Ayxan Ayvaz

Azərbaycanda bütün çətinliklərə baxmayaraq, sınmadan, əyilmədən, kiməsə yaltaqlanmadan, yalmanmadan, təriflər, dastanlar quraşdırmadan yazıçı kimi tanınan, sevilən və nifrət edilən bəlkə də yeganə adamdır Seymur.

Seymur Baycan həqiqətən də bir gənclik yaradıb: onlar boş-boş çayxanalarda vaxt keçirmir, günü günə satmır, qız dalınca düşüb mənasız işlərə baş qoşmur, sözü üzə deyir, kiminsə qabağında alçalmır, kitab oxuyur, filmlərə baxır.

Seymur Baycan bizim maarifçimizdir: qarışqa kimi durmadan zəhmət çəkmək, vaxtı hədərə verməyən biridir o.

Seymuru sevənlərdən daha çox, ona nifrət edən adamlar var. Tez-tez onların belə sözlərini eşidirəm: “Özü nə yazıb ki, hamını lağa qoyur”, “Yekəxanadır”, “Hamını təhqir edir” və s.

Məsələ bundadır ki, Seymur öz yazıları ilə həmin adamların güzgüdəki əksini göstərir: baxın, bu sizin həqiqi üzünüzdür. Əlbəttə, eybini bilənlər də Seymura nifrət edir, qıcıqlanırlar. Halbuki ötən əsrdə Mirzə Cəlil, Sabir də həmin adamları öz personajlarına çevirirdilər. Seymur bu yolun uğurlu davamçısıdır. Əminəm ki, bu gün ona nifrət edən, arxasınca danışan adamlar nə vaxtsa Seymurun haqlı olduğunu deyəcəklər. Bunun üçün zaman lazımdı və bu zaman Seymurun lehinə işləyir.

Seymur Baycanın bu gün mübarizə apardığı yol müqəddəs yoldur. Deyir ki, kitab oxuyaq, filmlərə baxaq, öz mədəniyyətimizi yaxından tanıyaq, bir-birimizi əsəblərini pozmaqdansa, normal bir cəmiyyət yaradaq. Elə bilməyin ki, Seymurun gördüyü bütün bu işlər yalnız və yalnız onun məşhurluq azarına görə edilib. Qətiyyən! Seymur bu millətin də digər millətlər kimi qabaqcıl və seçilmiş olmağını istəyir. Onun tək amalı budur.

“Quqark”, “18.6 cm” romanları, “Həyatımın ən xoşbəxt günü”, “Puqaçov üsyanı”, “Puşkin haqqında əfsanə”, “Mənim universitetlərim” hekayələri mənə görə Seymur Baycana “yazıçı deyil” deyənlərə ən gözəl cavabdır. Biz sadəcə şişirdilmiş, təbliğ olunan yazıçılara aldanmışıq. Özümüz axtarmaq istəmirik, hazıra halvaya öyrəşmişik.

İnanın, səmimi deyirəm, nə vaxt Seymuru görürəm, sarsılıram. Bu sarsıntının ciddi bir səbəbi var: o, heç nəyin düzəlməyəcəyini bilə-bilə hələ də vuruşur və ona olan nifrətləri heçə alıb yazmağa davam edir. Belə bir adamı yalnızca sevmək lazımdır, ona ağzına gələni demək, təhqir etmək yox.

Yadıma düşür, hər dəfə onun “Reytinq”də yazısını oxuyanda telefonuna mesaj yazırdım. Yazı xoşuma gələndə həmişə belə edirəm. Ancaq Seymurun doğum gününü təbrik edəcək sözləri tapa bilmirəm.

# 3680 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #