Məktəblərdə LGBT niyə təbliğ olunur?

Məktəblərdə LGBT niyə təbliğ olunur?
19 may 2022
# 11:10

Amerikada ibtidai sinif şagirdləri üçün LGBT əlifbası çap olunub və tədris olunur.

Əlbəttə, yetkin yaşına çatmış məktəblilərin yeni dövr üçün aktuallaşan məsələlər barədə bir fikir sahibi, onların bu həssas mövzuda müəyyən yanaşmalarının olmasının tərəfdarıyam.

Lakin hələ on yaşı tamam olmamış bir uşaq üçün homoseksuallığın təbliğinin əleyhinəyəm.

Səbəblər isə, məncə, aşkardır.

LGBT – digər adı ilə homoseksual azlıqların təşkilatları tarixin başlanğıcından bu yana insanlara məlum olsa da, onun təbliği təqribən ötən əsrdən başladı.

Müqəddəs kitablarda, miflərdə yer alan eynicinsli şəxslərin münasibəti haqqında kifayət qədər əhvalatlar var idi. Sivilizasiyanın yaranması və mədəniyyətlərin formalaşdığı dövrlərdə bu tayfalar cəmiyyətdən təcrid olunmağa başladı. Onların əxlaq aspekti daha çox anarxizmə hesablanırdı. Anarxizm, xaos isə heç bir mədəni dirçəlişə əsas gətirməyəcəkdi. Dünya qurulmalı və inkişafa yelkən açmalı idi. Ona görə də, homoseksuallıq əxlaq konteksindən çıxarıldı.

Bəs niyə bu gün demokratiyanın, insan haqlarının müdafiəçisi olan ölkələr LGBT təbliğatı ilə məşğuldur, ancaq homofob cinayətlərin qarşısının alınması üçün heç bir ciddi qurum yaratmırlar?

Müəyyən yaş qruplarının bilərək bu məsələlərə normal yanaşılması tələb olunur. Bu gün dünyada, xüsusən Şərq ölkələrində homofob cinayətlərinin artmasında birbaşa səbəbkarlar elə bu ideoloji xəttinin təbliği ilə məşğul olanlardır.

Cəmiyyətin müəyyən fərdlərinin ortaya atdığı bu cür marjinal fikirlər ənənəvi xarakter daşımadığı üçün tez bir zamanda aqressiyalara səbəb olur. Kimlərinsə intim həyatına görə onların öldürülməsi və ya linç edilməsi qəbuledilməzdir. Bu məsələ təbii yolla baş verəndə və yayılanda, bu cür şəxslərin öz təşkilatı daxilində baş verəndə cəmiyyətin onlara münasibəti zamanla stabilləşir. Ancaq, bu, təbliğat maşınının bir hissəsinə çevriləndə artıq təhlükəli şəkil almağa başlayır.

Ölkəmizdə homofob cinayətlərin hər il çoxalmasının da səbəbləri bu kimi amillərdir.

Əgər homoseksuallıq LGBT üzvlərinin dediyi kimi təbii baş verirsə və şəxsi seçimdirsə, bunun təbliğatına nə ehtiyac var?

6-7 yaşlı uşaqlar nəyə görə həmcinsləri ilə intim münasibəti öyrənməlidir. Qeyd etmək lazımdır ki, bu tip cütlüklərin aktiv yayıldığı ölkələrin özlərində də homofob cinayətlər kifayət qədərdir.

Ötən əsrin ortalarında, İkinci Dünya Müharibəsindən sonra ictimai və siyasi düşüncələrin aktivləşməsi, kütlələrin hakim ideologiyalardan bir mədət ummaması onları idarəetmənin fərqli üsullarını ortaya çıxardı. Reklam afişalarının karnaval dövrü başladı. İnsanlar qeyri-ixtiyari öz seçimlərindən əl çəkdi və onların təhtəlşüuruna təsir edən plakatların təklifləri ilə razılaşmağa məcbur qaldılar. İctimai fikrin bu cür həssas mövzularla dağıdılması demokratik ölkələrin bir nömrəli qanuna çevrildi.

Məktəblərdə müəllim-şagird münasibətlərinin aqressivləşdiyi bir vaxtda, məktəblilər arasında kriminal düşüncənin yayğın olduğu dövrdə LGBT təbliğatı düşünüləcək ən son şey olmalı idi.

Bu gün Amerikada, sabah Avropada, biri gün də bizdə. Mənəvi dünyanın seksual zəhərlənməsi aktı artdıqca onlardan sivil dünya vətəndaşı olmalarını istəmək absurddur.

Təsəvvür edin, on yaşında bir uşaq cinsi istəkləri naminə mümkün olacaq bütün iyrənc yollara əl ata bilərdisə, indi müəllimləri bu halları onun üçün “leqallaşdırır”. Geylər, lezbiyanlar arasındakı münasibət necə olmalıdır öyrədən kitab, həm də onların mənəvi travmalarına səbəb olacaq.

Ümumi bilgilərin, sadə fəlsəfələrin natamam öyrədildiyi bir təhsil sistemində LGBT əlifbası nə qədər zəruri idi?

“Z” nəsli homoseksuallığı normal qəbul etməyə başlamışdısa, “Alfa” nəsli bunun onların haqqı olduğunu düşünməyə başlayacaq. Şagirdlərin öz bədəni ilə tanışlığı, onların münasibətlərdə fikir sahibi olmaqlarının tərəfdarı olanlar LGBT mövzusunda təəssüf ki müsbət tərəf tuta bilməyəcək.

Təhsilin, maarifçiliyin din, intim həyat və mental düşüncələr mövzusunda hər hansı bir vasitəçi olması, cəmiyyətin bir yolla, təhlükəli inkişafına gətirib çıxara bilər. Bu tip intim mövzuların özbaşına, təbii yolla insanlara “yoluxması” daha əlverişlidir, nəinki onların təbliğata çevrilməyi.

# 3494 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #